Bir çoxlarımız pişiklərin dünyaya necə baxdığını bilmək istəmişik. Sən demə onlar demək olar ki, bizim gördüklərimizi, bəzən isə bizdən də yaxşı görürlər. Onlar binokulyar görmə qabiliyyətinə malikdirlər və dünyanı 3 ölçülü qəbul edə bilirlər. İnsanların görmə arealı 180 dərəcə olduğu halda, pişiklərdə bu göstərici 200-dür.
Sadəcə bu heyvanlar uzağı görmürlər, onlar yüz metr uzaqda olanlara adətən fikir vermirlər. Pişiklər ən yaxşı göy və yaşıl rəngi seçirlər, qırmızı, narıncı və qəhvəyi rənglə isə onların problemləri var: bu rəngləri boz, yaxud bənövşəyi kimi qəbul edirlər.
Rəssam Nikolay Lam Heyvanların Görməsi Klinikasının mütəxəssisləri və aparıcı oftalmoloqlarla məsləhətləşəndən sonra, yuxarıdakı bilgilərdən yararlanaraq hazırladığı fotoları dərc edib.
Dünyaya pişiklərin gözü ilə baxmaq istəyənlər buyurun bir yerdə baxaq.