Çində Xunan əyalətində dağ silsiləsinin təpəsinə qaldıran Baylun liftinə minmək hündürlükdən qorxanlar üçün əsl dəhşətdir. Bununla belə 330 metr hündürlüyə qalxanda 50 nəfərlik şüşə kabinədən baxarkən möhtəşəm görünüş insanları heyrətləndirməyə bilmir.
Yüz Əjdaha Lifti də adlanan Bailong Elevator 1999-cü ildə tikilib. Buna kimi turistlər dağın təpəsinə ancaq azı 3 saat piyada qalxa bilərdilər. Lakin qayalıq demək olar ki, dik olduğundan buna da hər adam ürək eləmirdi. Hazırda isə bu məsafə cəmi bir dəqiqəyə qət edilir.
Qeyd edək ki, liftin üstünlüklərindən biri də budur ki, zəlzələ, yaxud da digər təbii fəalakətlər zamanı insanlar təcili evakuasiya oluna bilərlər.