«Fraktal» sözü«fractus» latın sözündən yaranıb və«bölünmüş»,«parçalanmış»,yaxud «qırılmış» anlamını verir.Hissələri müəyyən mənada onun özünə oxşayan strukturlar fraktal strukturlardır.Qurulma prinsipindən asılı olaraq fraktal görüntülər üç sinfə ayrilır:həndəsi,cəbri, stoxastik.Fraktal qrafika əsasında təbiətdəki obyektlərə çox bənzəyən mürəkkəb obyektlər qurmaq olar.Fraktalın başlıca xassələrindən biri özünəoxşarlıqdır.Onların böyüdülmüş hissələri özünə və bir-birlərinə bənzəyir.Fraktalın kiçik bir hissəsi bütöv fraktal haqqında informasiyanı özündə saxlayır.
Fraktal qrafika,müasir və orijinal sənət formalarından biridir,riyazi düstürlar tərəfindən hazırlanır,eyni zamanda bir çox insanları özünə cəlb edir.Onun yaradılması üçün qələm,boya və ya digər rəngləyici vasitələrdən istifadə olunmur.İtalyanlı rəssam Silvia Cordedda fraktal hesablamalar nəticəsində inanılmaz vizual görüntülü şəkillər yaradır.Rəssam ixtisaslaşdırılmış proqramlardan istifadə edərək elə “bitkilər” yaradır ki,heç real həyatda da rastlamarıq.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22