Londonlu rəsam Kelvin Okofor adi insan kimi yatsa da məşhur oyandı. Onun qeyri-adi texnikası qiymətləndirildi, rəsm əsərləri sərgidə böyük qiymətlərə satışa qoyuldu.
Onun əsərlərinin qəhrəmanlarının saatlarla eyni vəziyyətdə durmağa ehtiyacı yoxdur. Şəkillər fotoların surətidir. Maraqlıdır ki, 27 yaşlı rəsam dizinin üstünə vərəqi qoyaraq, ancaq karandaşla işləyir. Təsvir o qədər real çəkilir ki, bəzən onları ayırmaq mümkün olmur.
Ancaq diqqətlə baxanda karandaş ştrixləri müəəyn edilir. Bu cür texnika fotorealizm adlanır.