Hər birimiz nə vaxtsa qayğılardan qurtulmaq üçün uzaqlarda kimsəsiz adalardan birinə getməyi arzulayırıq.
Amma əgər bu fikir təkcə sizdə deyil, birdən-birə minlərlə insanın ağlına gəlsə kimsəsiz adalar sıx əhalisi olan tarixi ada şəhərlərə çevrilər.
Qeyd edək ki, Avropada bu cür ada şəhərlər çoxdur.
6-10. İtaliyanın İzola dey Peskatori ada şəhərciyinin cəmi 50 sakini var. Uzunluğu 375, eni isə cəmi 100 metr olan adada cəmi bir küçə var. İzola dey Peskatori əhalisi əsasən balıqçılıqla məşğul olurlar
11-15. Trogir — Xorvatiyanın orta əsrlərə aid ən qədim şəhərlərindəndir. Şəhər tarixi arxitekturalarına görə YUNESKO-nun Ümumdünya mirası siyahısına daxil edilib. Sakinlər isə əsasən çoxsaylı turistlərə xidmət, gəmi və yaxta tikintisi, həmçinin balıqçılıqla məşğuldurlar.
16-20. Nesebar — artıq 3000 ildir ki, təkcə Bolqariyanın deyil, Qara dənizin əsl mirvarisi hesab olunur. Uzunluğu 850 metr, eni isə 300 metr olan adanı materiklə 400 metrlik bənd birləşdirir. Hələ 1983-cü ildə şəhər tarixi abidələrinə görə YUNESKO-nun Ümumdünya mirası siyahısına daxil edilib. Adanın 10000 sakini var
21-26. İtaliyanın Venesiya şəhəri - Dünyanın ən məşhur ada şəhərlərindən hesab olunur. Əslində Venesiya 455 körpü ilə birləşən 117 adanın üzərində qurulub. Buna uyğun olaraq şəhərdə 150 kanal axır. Bu gün təəssüf ki, bu tarixi şəhər yavaş-yavaş Adriatik dənizinə batır. Hökumət bununla əlaqədar olaraq yeni-yeni layihələr fikirləşir. Əgər bu məsələ həll olunmazsa, artıq 2028-ci ildə Venesiyada yaşamaq mümkün olmayacaq