Şam yeməyi zamanı,sözün həqiqi mənasında buludlarda olmaq istəyirsiniz?

Şam yeməyi zamanı,sözün həqiqi mənasında buludlarda olmaq istəyirsiniz?

Nahar vaxtı qaşığınız itərsə,adəti üzrə əyilib götürməyə tələsməyinBu cür başgicəlləndirən yüksəklikdə,onsuz da heç nə alınmayacaq.Ancaq adrenalin porsiyası artıqlaması ilə sizi qanə edəcək.Evlənmə təklif edənlər üçün də burada şam etmək,sözün həqiqi mənasında yüksək səviyyədə keçəcək.«Dinner in the sky» adrenalin sevənlər və nəfis mətbəxin yeməklərindən yararlanmaq istəyənlər üçün əsl tapıntıdır.Şef-aşpaz 50 metr yüksəklikdə xüsusi olaraq sizin üçün yemək hazırlayacaq.Bu zaman siz romantik şam yeməyində,yaxud işgüzar naharda ətraf mənzərəni bütünlüklə izləyə bilmək üçün dövr edən oturacağa bərkidilmiş olacaqsınız.Amsterdam,Paris,Barselona,Madrid,Budapeşt,Brüssel və Avropanın digər şəhərləri bu ən qeyri-adi restoranına dəvət edir.7 tonluq platformada xidmət personalının 4 əməkdaşı və 22 qonaq yerləşir.Qeyd edək ki, «restoran» hər saatda bir qalxır və enir.Onun işi həmdə küləyin vəziyyətindən asılıdır.
Top