Dünyanın ən yaxşı oteli-Conrad Maldives Rangali İsland
Conrad Maldives Rangali Island şəffaf sular və mərcan qayalıqları ilə əhatə olunmuş iki maldiv adasında unudulmaz istirahət vəd edən 5 ulduzlu oteldir. Hüdudsuz cah-cəlalına görə bura iki dəfə «Dünyanın ən yaxşı oteli», bir neçə dəfə isə «Ən yaxşı kurort» adına layiq görülüb.
Otelin ən heyrətamiz yeri isə 5 metr suyun dərinliyində yerləşən Ithaa Undersea restoranıdır. Bura, dünyada ilk sualtı şüşə restoranıdır. Otel suda 50 təmtəraqlı villası, çimərlikdə 79 ekzotik bunqalo və 21 spa malikanəsi ilə təmsil olunur.