Endryu Myers Almaniyada doğulub İspaniyada böyümüş gənc rəssamdır. Avropanın modern həyat tərzi, klassik memarlıq inciləri Endryunun sənətinə də təsir etişdir. O, bir-birindən gözəl rəsmlər və heykəllərin müəllifidir.
Mismarlardan hazırlanan sonuncu kompozisiyaları isə görənləri heyrətə gətirir.
Endryu müsahibələrində bu tip kompozisiyaların əslində öz sənətindən uzaq olduğunu deyib: «İllərlə məcazi anlamı olan bürünc heykəllər işləmişəm. Lakin daima “daha yaxşı” və daha mənalı əsərlər üçün çalışmışam. Bütün bunlar mənim üçün çətin başa gəlsə də, maraqlı və qeyri-adi olduğuna görə həvəslə işlədim”.
Qeyd edək ki, rəssam daha da maraqlı əsərlər yaratmaq üçün böyük planlar qurur, lakin bu layihələrin nədən ibarət olduğunu isə hələ açıqlamayıb.