YUMURTA QABIĞINDAN MÖHTƏŞƏM ŞƏBƏKƏLƏR

YUMURTA QABIĞINDAN MÖHTƏŞƏM ŞƏBƏKƏLƏR

Paraqravyor (stomotoloq alətinə oxşayır) adlı  yüksək sürətli qurğudan istifadə edən Brayn Beyti yumurta qabığından möhtəşəm əsərlər yaradır.
Belə kövrək materialda işləmək üçün insanda möhkəm əl və böyük səbr lazımdır.
Rəssamın əsərləri təkcə sərgilərdə nümayiş olunmur, həmçinin bir neçə müsabiqənin qalibi də seçilib.
Brayn oyma sənəti ilə  2005-ci ildə yüksəksürətli qurğu alandan sonra maraqlanıb. Ancaq incəsənətlə əvvəllər də məşğul idi. Rəssam şəkil çəkməyi xoşlayırdı, zaman-zaman  heykəltaraşlıq da edib.
Yumurta üzərində şəbəkələr hazırlamaq ideyası barədə isə Brayn bunları deyir: «Bu, mənim  ilk işimdir. Balqabaq, tüfəng qundağı və sair əşyalar üzərində naxışlar oymuşam. Ancaq yeni aləti satın alandan sonra, onu yoxlamaq istəyərkən əlimin altında yalnız yumurta var idi. Beləliklə, məndə ən kövrək materialdan əsər yaratmaq barədə ideya yarandı. Çox möhtəşəm alındı.»

Top