Müasir rəssam Brayan Dettmer qədim kitablardan inanılmaz incəsənət nümunələri yaradır.
Heyrətamiz əsərlərin müəllifi Brayn öz işində bıçaq, kəlbətin və cərrah alətlərindən istifadə edir.
Detmer hətta tənqidçilər tərəfindən də tanınaraq, onların alqışını qazanıb. Onun işlərini bir çox qalereyalarda görmək mümkündür. Müəllif özü işləri barəsində bunları deyir: «İnformasiya əsri fiziki formada solur. Cüzi informasiya axını getdikcə sürətlənir, material və tarix isə yoxa çıxır. Materialların mənəvi çəkisindən asılı olmayaraq və tarix qarşısında məsuliyyət hiss etməyərək yeni informasiya növləri tez-tez şəklini dəyişir. Real dünyada donmuş material qalır, lakin virtual aləmdə ümumiyyətlə məhv olur. Tarix itir. Çünki formatlar fizik sabitlikdən rəqəmsal yoxsulluğa kimi dəyişir. Bütün dünya kitabların zənginliyinə və dərinliyini qiymətləndirsə də, bir çoxlaprı tərəfindən nəzərə belə çarpmır. Müasir dünyada kitabların əhəmiyyəti öz vacibliyini itirib, forması isə xətli və xətsiz dünyada qalıb. İnformasiyaların fiziki formasını dəyişməklə, onun yeni, hələ heç kimə bəlli olmayan tərəflərini də çıxartmaq olar. Mən də məhz bu istiqamətdə işləyirəm, kommunikasiyanın kitab, xəritə, plyonka və digər informasiya vasitələri kimi obyektlərini redektə edirəm. Beləliklə onların rolu dəyişir, yeni məna əldə edir. Əvvəlcə kitabın bütün qırağını yapışdırıram. Beləliklə bağlı bir qab əldə edirəm. Sonra üzərində kəsərək ön ətrafını ayrmağa başlayıram. Bıçaqlardan, kəlbətinlərdən və cərrah alətlərindən istifadə edərək ancaq özümə lazım olan hissələrini saxlayıram. Kitaba heç nə əlavə olunmur, ancaq bəzi fraqmentləri üzə çıxarılır».
Qeyd edək ki, Dettmerin əsərlərini ABŞ, Meksika və Avropa sərgilərində görmək mümkündür