Günəbaxanın insanla söhbəti

Günəbaxanın insanla söhbəti

Günlərin bir günü Günəbaxan insanla söhbətə başlayır. Günəbaxan:"Mən gün işığından ilham alıb böyüyürəm, bəs sən?"
İnsan:"Mən Allahın rəhmət və mərhəmətindən ilham alıb mənən yüksəlirəm."
Günəbaxan:"Əgər gündən üz çevirərəmsə, kimsə mənə günəbaxan deməz. Əkinçi toxumu yerə basdırdıqda onun böyüyüb günü tapacağına əmin olar
və mən günü heç nə ilə səhv salmaram."
İnsan(təəssüflə):"Mən də Allahın əzəmətli varlıq olduğuna əmin olar, lakin Onu Ondan qeyri varlıqla səhv salaram"
Günəbaxan:"Mən yalnız günü sevər və onun işığına ümid bəsləyərəm."
İnsan(xəcalətli halda):"Mən isə Allahdan qeyrisinə də ümid bəsləyərəm."
Günəbaxan:"Mən gün işığı ilə cücərib yerdən boy verər, gün işığı ilə inkişaf edər, gün işığı ilə də solub gedərəm."
İnsan(utanaraq):"Mən Allahın nuru ilə dünyaya gələrəm, amma öz günahlarım ilə axirətimi zülmətə qərq edərəm."
Günəbaxan:"Mən günlə yaşayaram."
İnsan:"Mən Allahla yaşayaram."
Günəbaxan:"Zülmət məni məhv edər."
İnsan:"Məni isə günahlarım."
Günəbaxan:"Mən aradakı məsafəni işıqla qısaldaram, bəs sən?"
İnsan bir söz deyə bilmir. O, günəbaxanı əlinə alıb iyləyir. Allahın qoxusunu hiss edir. Günəbaxanın dediyi son sözlər qulağında sırğa olur. "Mənim adım çəkiləndə hamının yadına gün düşür. Bəs sən insanın adı çəkiləndə necə? İnsan deyildikdə kimsənin yadına Allah düşürmü?"
Bu sözləri eşitdikdə insan Allahdan xəcalət çəkir, üzünü günə tərəf tutub ağlayır.
Top