94 yaşli hindistanli Ramajit Raqxab qürurla özünü dünyanin ən qoca atasi hesab edir. Həyat yoldaşi Sakuntala Devi ilk övladini 54 yaşinda dünyaya gətirib. Hər iki valideyn özünü çox xoşbəxt hiss edirlər. Onlar öz övladini Allahin onlara etdiyi hədiyyə hesab edirlər.Ramajit sağlam qalmasinin reseptini də söyləyib: Mən hər gün 3 litr süd içirəm, yarim kilo əridilmiş yağ və yarim kilo badam yeyirəm. Sənədlərinə görə onun 94 yaşi var. Amma özü etiraf etdiyinə görə, onun 100-dən çox yaşi var.