Nəticə çıxarılası maraqlı həyat hekayəsi

Nəticə çıxarılası maraqlı həyat hekayəsi

Bu şəhərdə çox qala bilməyəcəkdi. Artıq hər şey onu sıxmağa başlamışdı. Olan-qalan nəyi var idisə götürüb bu şəhərdən getmək qərarına gəldi və əvvəllər tanımadığı bir ölkəyə üz tutdu. Bu ölkəyə hələ təzə alışmağa başlamışdı ki, bir gün meydanda bir səs eşitdi. Bir adam var gücü ilə:
"Teatr! Teatr! Teatra gəlin! Bu axşam teatra gəlin!" - deyə bağırırdı. Ömründə teatra getməmişdi. Odur ki, maraq onu götürdü. Əvvəlcə biletin satıldığı yeri öyrəndi. Cibindəki pul biletə ancaq çatırdı. Buna baxmayaraq, heç tərəddüd etmədən bütün pullarını verib bilet aldı. Tamaşa vaxtı gəlib çatdı. Bu doğurdan da onun üçün qeyri-adi bir şey idi. Artıq tamaşa qurtarmış, hamı dağılmışdı. Ancaq o, hələ də yerindən tərpənə bilmirdi. Sanki sehrlənmişdi. Birazdan teatrın nəzarətçisi gəldi. Başa düşdü ki, artıq getmək vaxtıdır. Elə qapıdan çıxmaq istəyirdi ki, nəzarətçidən:
- Mənə müdürün otağının yerini deyə bilərsinizmi? Onunla bir şey barədə danışmalıyam - deyə soruşdu.
Nəzarətçi yeri göstərdi. Necə olursa olsun bu teatrda işləmək istəyirdi. Müdür onu diqqətlə dinlədi. Sonra:
- Sənə ancaq təmizlik işini təklif edə bilərəm. Ancaq işə götürməmişdən öncə səni yoxlamalıyam. Bizim toz basmış bir kitabxanamız var. Onu təmizlə. Əgər xoşuma gəlsə səni işə götürəcəm - dedi və getdi.
Teatr sanki onu ovsunlamışdı. Elə bu həvəslə də qısa bir vaxtda işini görüb qurtardı. Müdür əvvəcə onun sözlərinə inanmadı. Ancaq otağı görəndə artıq bir söz tapmadı və dedi:
- Artıq özünü bu teatrın işçisi saya bilərsən.
- Axı mənim qalmağa yerim yoxdur - deyə o dilləndi.
- Onda elə burada qalarsan. Səhər tezdən işə başlayarsan. Müdür bu sözləri deyib qapıya üz tutdu. Çıxmaq istəyərkən geriyə dönüb:
- Hə, yeri gəlmişkən, sənin adın nədir? - deyə soruşdu.
Aldığı cavab isə "Vilyam Şekspir" idi...
Bəli, Şekspir teatr həyatına bu cür başladı. Onda Şekspirin düz 40 yaşı var idi. Teatrı da elə həyatının bu çağlarında tanıdı və o məşhur əsərlərini də elə bu illərdə yazdı. Öz sənəti üçün bütün ömrü boyu günün ancaq 3 saatını yatdı, səhərlər tamaşalarda oynayır, axşamlar isə yeni tamaşalar yazırdı. Odur ki, başlamaq üçün heç vaxt gec deyil...
Top