Gənc bir musiqiçi bir az da utancaq bir ifadə ilə dahi bəstəkar Motsarta yaxınlaşdı:
- Ustadım, sizdən bir şey soruşmaq olarmı?
- Buyurun!
- Sizcə bir simfoniya yazmaq üçün nə lazımdır?
- Hələ çox gəncsiniz, niyə daha kiçik əsərlərdən başlamırsınız?
- Ancaq, ustadım, siz öz simfoniyalarınızı 10 yaşınızda yazmamışdınızmı?
- Doğru deyirsiniz, ancaq mən o yaşımda “bir simfoniyanı yazmaq üçün nə lazımdır?” – deyə soruşmamışdım ki..
Mənbə: "Ailəm" jurnalı