Yaxşılıq və Pislik

Yaxşılıq və Pislik


Bir gün yaxşılıq və pislik bir dəniz sahilində qarşılaşırlar və qərara alırlar ki, dənizdə yuyunsunlar. Hər ikisi geyimlərini çıxardıb dənizə girirlər.
Bir müddət sonra Pislik dənizdən çıxıb Yaxşılığın geyimlərini geyinir və yoluna davam edir. Yaxşılıq da dənizdən çıxır və öz geyimlərini tapa bilmir. Amma çılpaq olmaqdan utanır deyə, əlacsız qalıb Pisliyin geyimlərini geyinir və yoluna davam edir.
Elə o vaxtdan insanlar onları bir-biriynən səhv salırlar. Ancaq səbirli və ağıllı insanlar Yaxşılığın gözlərindəki saflığı görüb, geyiminə baxmadan tanıyarlar onu. Eləcə də, Pisliyin üzünü görən kimi tanıyanlar vardır ki, geyim onun kimliyini gizlədə bilməz.
Top