Valideyinə qayğı ən gözəl ibadətdir.

Valideyinə qayğı ən gözəl ibadətdir.

Bəli, Valideyinə qayğı, ən gözəl ibadətdir..İndi nəql edəcəyim iki qardaşla bağlı hekayə fikrin nə qədər dərin məna və ibrət yüklü olacağını əyani sübut edəcək..
İki qardaş var imiş. Bunların qayğıya möhtac anaları da var imiş. Hər gecə qardaşlardan biri ananın xidməti ilə məşğul olur, digəri ibadətlə məşğul olardı… Bir axşam, ibadət edən qardaş etdiyi ibadətdən aldığı həzz və mənəvi rahatlığı hiss edib qardaşına deyir: 
— Bu gecə də anama sən qulluq elə, mən ibadət edim. 
— Qardaşı təklifi qəbul edir. İbadət edərkən yuxuya gedən qardaş yuxuda bir səs eşidir. Səs ona: 
— Qardaşını bağışladıq, səni də onun xətrinə bağışladıq. Bu sözləri eşidən gənc: 
— Mən Allah Təalaya ibadət edirəm. Qardaşım isə anama xidmət edir. Bəs nə üçün məni onun etdiyi əmələ görə bağışlayırsınız? Mənim ibadətimin savabı, fəziləti daha çox olmalı deyil? dedi. 
Səs ona:
— Sənin etdiyin ibadətlərə bizim heç bir ehtiyacımız yoxdu. Ancaq, qardaşının anana etdiyi xidmətlərə ananın ehtiyacı vardı, ona görə qardaşın valideyninə etdiyi qayğı Allah dərgahında sənin ibadətindən daha yüksəkdi.
Top