Hipoqlikemiya

Hipoqlikemiya

Hipoqlikemiya (qan şəkərinin aşağı düşməsi)  diabeti olan uşaqlarda hər zaman,anidən meydana gələbiləcək bir vəziyyətdir. Bu səbəbdən diabeti olan uşaqlar və ailələri hipoqlikemiyanın əlamətlərini və bu halda göstəriləcək ilk yardımı mütləq bilməlidirlər.
Nə qədər erkən bilinərsə və sürətli bir şəkildə müdaxilə olunarsa, bu vəziyyətin ağırlaşmasının və meydana gələcək qalıcı xəsarətlərin qarşısı alına bilinər.
Hipoqlikemiya
Normal qan şəkəri dəyərləri 70-120 mg/dl-dir. Qan şəkərinin 50 mg/dl-nin altına düşməsi hipoqlikemiya adlanır. Lakin 70 mg/dl-in altına düşməsi həyacan verici bir əlamət olaraq qəbul olunmalıdır.
Çünki bu halda şəkərin səviyyəsi dəqiqələr içində hipoqlikemiya verəcək səviyyəyə enə bilər.
Əlamətlər necə hiss edilir?
İlk əlamətlər:
  • aclıq hissi
  • əllərdə və bədəndə titrəmə
  • soyuq tərləmə
  • göz bəbəklərində böyümə
  • ürək döyüntülərinin sürətlənməsi
  • beyinə şəkərin az getməsi ilə əlaqədar olan əlamətlər:
  • başağrısı
  • dil, ağız kənarı və barmaq uclarında iynə batması hissi
  • yuxululuq
  • ikigörmə
  • huşun itməsi
  • qıcolma
Bütün bu əlamətlərdən başqa xüsusi qeyd etmək istədiyim hal isə yuxudaykən olan hipoqlikemiyadır. Oyanınca xüsusi əlamətlərə görə bilmək olur:
  • tərləyərək oyanma
  • urəkdöyüntü ilə oyanma
  • başağrısı ilə oyanma
  • sabah qan şəkərinin yüksək olması.
Əlamətlər vaxtında aradan qalxmasa, xəstə hipoqlikemik komaya düşüb ölə bilir.
Xəsləlik özünü çox iştahanın olması ilə göstərir. Belə xəstələr tez-tez yeyir amma 2 saat keçməmiş yenidən acırlar. Onlar daima şirniyyata ehtiyac duyur və məcburən şirniyyat və un məmulatları ilə qidalanırlar. Belə xəstələrin yeməklərinin vaxtını ötürməmələri vacibdir. Onların qidasında qatıq, ayran, yumurta, fındıq, qoz, alma, potağal və başqa proteinli qidalar gün ərzində 3 dəfə yeməkdən əlavə olaraq qəbul edilməlidir.
Xətəliyə diaqnoz qoymaq çox asandır. Əgər siz də tez-tez acırsınızsa, yemək qəbulundan sonra tərləyirsinizsə və yaxud yuxunuz gəlirsə, yeməyiniz gecikdiyi zaman əllərinizdə titrəmə varsa, qanda şəkərinizin miqdarını acqarına və yeməkdən sonra yoxladın.
 
 
 
Müəllif: tibb-dunyasi.com
Top