Himalay duzu

Himalay duzu

Dəniz kənarında, dağ ətəklərində insan özünü daha yaxşı hiss edir və həmin mühitdə mənfi ionların olması ovqata müsbət təsir göstərir. Bu baxımdan görünüşü xoş, faydası isə əvəzsiz olan Himalay duz lampaları ətrafda əsl sağlamlıq ab-havası yaradır.
Həkim-fitoterapevt Fizuli Hüseynov deyib: «Himalay duzu yüksək təzyiqin normalaşdırılmasına xidmət edir, böyrəklərdə olan daşları əridir, xərçəng hüceyrələri yaranmasının qarşısını alır. Ətrafa mənfi ionları daha çox yaydığına görə insanlarda əhvali-ruhiyyənin yaxşılaşmasına səbəb olur, stressi aradan qaldırır.
Himalay duzu
Həmin lampalar həm də ion lampaları da adlanır. Lampa duz parçasını isidir və ətrafa mənfi ionlar yayılır. Nəticədə insan orqanizmi duzun tərkibində olan 84 mineraldan yararlana bilir».
Onun dediyinə görə, duz lampaları havaya neqativ ion ifraz edən generator hesab olunur: «Müasir dövrdə insanı çoxlu elektrik cihazları əhatə edir və həmin cihazların havaya buraxdığı müsbət ionlar insanlarda fiziki və mənəvi yorğunluq, ruh düşkünlüyü, depressiya, yuxarı tənəffüs yollarının infeksiyalarına qarşı davamsızlıq yaradır».
Himalay duz lampaları qan dövranının yaxşılaşması, immunitetin güclənməsi, tənəffüs yollarının təmizlənməsi, astma sindromları, allergiyanın azalması və digər xəstəliklər zamanı kömək edir. Həmin lampaları hər büdcəyə uyğun müxtəlif ölçüdə və formada əldə etmək mümkündür.Hər zaman təbiət qoynunda vaxt keçirmək mümkün olmasa da, Himalay duzu sayəsində təbiəti qismən də olsa evimizə gətirmək olar.
Himalay Duzunun Faydaları:
1) Yüksək təzyiqi normallaşdırır;
2) Böyrək daşlarının əriməsinə kömək edir;
3) Ürək ritmini tənzimləyir və ürək damar xəstəliklərinə qarşı faydalıdır;
4) Xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır və müalicəsində istifadə olunur;
5) Vücudun Ph tarazlığını qoruyur, xroniki yorğunluq, baş və boğaz ağrısına qarşı faydalıdır;
6) Həmçinin nəfəs yolu xəstəlikləri, şəkər, astma, allergiya, bronxit, ağ ciyər iltihabı, larengit, farengit, pnevmaniya, qrip, soyuqdəymə, öskürək və dəri xəstəliklərinə qarşı olduqca faydalıdır.
Himalay Duz Lampası– “Havanın Vitamini”
Himalay Duz Lampası həmçinin ion lampası da adlanır. Dəniz kənarında, dağ ətəklərində və ya bir şəlalənin yaxınlığında özümüzü daha yaxşı hiss edirik. Bu cür mühitlərdə havada çox miqdarda mənfi ionlar olur. Mənfi ionlar sağlamlığımız üçün olduqca faydalı olub, havaya canlılıq verir və havadakı mikrob və bakteriyaları azaldır. Tərkibində insan organizmi üçün faydalı olan 84 mineraldan ibarət Himalay Duzundan hazırlanan Himalay Duz Lampası, içində yanan lampa ilə isinərək ətrafa mənfi ionlar yayır. Təbii bir ion generatoru olan Himalay Duz Lampaları havadakı mənfi ion sayını ən az 300 % artıraraq mikrob və bakteriyaları azaldır və havanın keyfiyyətini artırır.
Himalay Duz Lampasının faydaları:
1) Qan dövranını yaxşılaşdırır, immuniteti gücləndirir;
2) Tənəffüs yollarını təmizləyir;
3) Astma simptomlarını, allergiyanı azaldır;
4) Serotonini artırır;
5) Stressi azaldır;
6) Yuxunu yaxşılaşdırır;
7) İstifadə etdiyimiz mobil telefon, kompyuter, wifi, televizor, mikrodalğalı sobalar və s. yaranan şüaları azaldır;
8) Havadakı mənfi ion sayını artıraraq mikrob və bakteriyaları azaldır və havanın keyfiyyətini artırır.
 
 
Mənbə: sonxeber.az

Top