Moruğun bilmədiyimiz faydaları

Moruğun bilmədiyimiz faydaları

Moruq çox ləzzətli bir meyvədir ki, onu həm xam və həm də bişmiş halda yemək olar. Adətən moruq isti yerlərdə yetişən meyvədir.
Moruğun faydaları.
1. Moruğun tərkibində K və C vitamini vardır. Sərinlətmə və yumşaltma xasiyyətinə malikdir.
2. Qanı filtrasiya etdiyi üçün revmatizm xəstələrinə çox faydalıdır.
Moruğun bilmədiyimiz faydaları
3. Moruq qəbizlik üçün faydalıdır.
4. Moruq ağrıları sakitləşdirmək üçün də faydalıdır.
5. Moruq diabet xəstələrinə faydalı bir meyvədir, çünki qələviləşdirmə xasiyyətinə malikdir.
6. Moruğun şərbəti qızılca və məxmərək xəstələri üçün faydalıdır.
7. Moruğun dənələri dişlərdə xırdalanmadığından, bağırsaqlara gedir və qəbizliyin qarşısını alır.
8. Moruq şərbəti qızdırma xəstəliyi üçün faydalıdır.
9. Moruq yemək boğaz ağrısı və sidik yollarının iltihabı üçün faydalıdır.
10. Moruqun 20-50 qram yarpaqlarını və ya gülünü bir litr suda qaynatmaq səs tutulması, dəri xəstəlikləri üçün faydalıdır. Hər yeməkdən sonra bir stəkan içməyə çalışın.
11. Bu qaynanmış məhluldan boğaz ağrılarının qarşısını almaq, ağız yaraları, tonzilit xəstəliklərini sağaltmaq üçün istifadə edə bilər və bunun üçün isə bu məhlul ilə qar-qara da edə bilərsiniz.
12. Bu məhlul ishalın da qarşısını almaq xasiyyətinə malikdir.
13. Bu məhlul mədə və bağırsaq xəstəlikləri üçün faydalıdır.
14. Qaynadılmış bu məhlul üzdə olan çivzələr üçün də faydalıdır ki, ondan losyon kimi istifadə edə bilərsiniz.
15. Moruğun tərkibində K və C vitamini olduğu üçün qan təzyiqinə də faydalıdır.
16. Çilləri müalicə etmək üçün əvvəl üzünüzü yaxşı yuyun, sonra isə moruğu nazik şəkildə üzünüzə yaxın. Bu əməli bir neçə dəfə təkrar edin.
17. Moruq tərlətmə xasiyyətinə malikdir.
 
Həmçinin 3 gün boyunca edəcəyiniz pəhrizlə 2-4 kiloqramadək çəki itirə bilərsiniz.
1-ci gün:
Səhər — 100 qram yağsız kəsmik, moruq istəyə bağlı olaraq 1 ç.q bal
İkinci səhər yeməyi – süd və moruq
Nahar – suda bişmiş toyuq əti, 250 qram moruq
Şam — moruqla hazırlanan süd kokteyli
2-ci gün:
Səhər – 250 ml. yağsız yoqurt, 100 qram moruq
İkinci səhər yeməyi – 2 ç.q təmiz bal əlavə edilmiş 200 qram təzə moruq
Nahar – 150 qram soyutma balıq, pomidor, xiyar və zövqə görə göyərti
Şam – 200 qram təzə moruq və 10 fındıq və ya 5 qoz ləpəsi
3-cü gün:
Səhər – 200 ml. yağsız kefir, 100 qram moruq
İkinci səhər yeməyi – 5 dənə qoz və 200 qram təzə moruq
Nahar – 150 qram pörtlədilmiş ət, zeytun yağı, limon suyu əlavə edilmiş kələm salatı
Şam — moruq sousu əlavə edilmiş 2 ədəd bişmiş alma

Qeyd edək ki, bu pəhriz sayəsində çəki atmaqla yanaşı, eyni zamanda toksinlərdən azad olacaqsınız.
 
 
 
Mənbə: aztehsil.com
Top