Savadın qiyməti nə qədərdir?

Savadın qiyməti nə qədərdir?

XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda qalmışdır. Buxar maşınlarının fəaliyyət prinsipi bir neçə il əvvəl yaradılsa da, yalnızca 1760-cı ildə şotlandiyalı mühəndis James Watt tərəfindən təkmilləşdirilir. Bu yazı onun və istehlakçının nəyə pul ödədiyi haqqındadır!

Bir dəfə Watt nəhəng buxar maşınında yaranmış problemi həll etməsi üçün dəvət edilir. Sahibkarla yaranmış problemlər səbəbindən ciddi zərərlə üzləşmişdi, digər mühəndislər problemi həll edə bilmədiyindən Watt şəxsən dəvət edilir. Çünki buxar maşınlarını əhəmiyyətli dərəcədə təkmilləşdirməsi səbəbindən onu buxar maşınlarının ikinci ixtiraçısı hesab edirdilər. Müasirləri arasında sözügedən cihazın mexanizmini onun kimi detallarına qədər heç kəs bilmirdi. Mühəndisə problemi həll etməsi qarşılığında o zaman böyük məbləğ hesab edilən 1000 dollar ödəmək təklif edilir.

Watt 3 dəfə buxar maşınının ətrafına dolanır, daha sonra böyük çəkic istəyir. Onun isətdiyi çəkic dərhal gətirilir. O çəkici tarazlayaraq maşının korpusuna bərk zərbə endirir və “İndi işə sala bilərsiniz” deyir. Maşın işə düşür. Ən maraqlısı isə bundan sonra başlayır. Maşın sahibləri çəkiclə endirilən cəmi 1 zərbəyə görə 1000 dollar ödəməyə heyfslənirlər və özlərini axmaq vəziyyətə düşmüş kimi hiss edirlər. Belə olduqda onlar hiyləgərlik etmək qərarına gəlirlər və daha sonradan mübahisə etməyə cəhd etmək üçün Watt-dan hesabı yazmasını tələb edirlər.

Watt isə öz növbəsində kağız götürür və belə yazır: “Çəkiclə zərbə 1 dollar, hara vurmaq lazım olduğunu bilməyə görə 999 dollar”. Vəziyyət belə olduqda maşın sahibləri söz verdikləri məbləği bütünlüklə ödəməli olurlar.
Top