Taxıl, meyvə və tərəvəzlər çəki atmaq üçün vacib elementlərdir...Sağlam metabolizm (maddələr mübadiləsi) sürətlə çəki atmanın təməl prinsiplərindəndir. Metabolizmi sürətləndirmək üçün isə qida rasionuna diqqət edilməlidir.
Metabolizmi sürətləndirən qidaları təqdim edirik:
Taxıl, meyvə və tərəvəzlər çəki atmaq üçün vacib elementlərdir. Onlardakı antioksidantlar, vitaminlər və minerallar metabolizmi sürətləndirir. Proteinlə zəngin qidalar karbohidratlar və yağlardan daha sürətli həzm olunduğu üçün daha çox enerji sərf etməyinizə səbəb olur. Enerji itkisi isə metabolizmi sürətləndirir. Proteinlə zəngin qidalar toxluq hissi yaratdığı üçün çəki atmaqda mühüm vasitədir. Nahara yumurta, süzmə, pendir, yoqurt, yağsız ət, toyuq, balıq və paxla kimi qidalar protein qaynağı ola bilər.
Buzlu su, yaşıl çay və qəhvə də metabolizmi sürətləndirməkdə mühüm rol oynayır.
Acı bibər çəki atmağa birbaşa təsir göstərməsə də, tərkibindəki kapsaisin maddəsi toxluq hissi yaradır
Mənbə: interaztv.com