Siqaret çəkmək ürək-damar, tənəffüs sistemləri, böyrəklər və digər orqan və sistemlərin xəstəliklərinin və həmçinin əksər xərçəng növlərinin riskini xeyli artırır.
Odur ki, vaxt itirmədən bu ziyanlı vərdişdən qurtulmaq lazımdır. Təəsüf ki, bu heç də asan deyil.
Rusiya KİV-lərinə istinadla sizə siqaretdən imtina etməyə yardım edən ən effektli və sınanmış üsulları təqdim edir.
- Siqaretdən imtina etmək üçün güclü motivasiya lazımdır. Oturub hesablayın 1 həftə ərzində siqaretlərə nə qədər pul xərcləyirsiniz? Bəs 1 ay ərzində? Kifayət qədər ciddi məbləq alınır. Bu pulları daha faydalı işlərə xərcləmək olar.
- Bəzilər siqaretdən imtina etmək üçün tədricən çəkdiyi siqaretlərin sayını azaldır. Lakin bu üsul özünü doğrultmur. Mütəxəssislərin fikrinə görə, siqaretdən birdəfəlik imtina etmək daha effektli üsuldur. Bu üsul iradə və intizam tələb etsə də yaxşı nəticələr verir.
- Siqaretdən imtina etmək qərarına gəlmisinizsə, bunu dost, tanış və ya qohumla birlikdə edin. Bu əlavə motivasiya yaradır və bu prosesi asanlaşdırır.
- Tərkibində nikotin olan xüsusi plastır, saqqız və ya burun spreyləri də yaxşı kömək edir.
Mənbə: Saglamolun.Az