Avropa və Amerikada radiasiya təhlükəli işlərdə çalışanlara, ofis işçilərinə və müəyyən peşələrdə çalışanlara iş vaxtı hər gün 1 stəkan tomat şirəsi içirirlər.
Avropada marketlərdə ən çox satılan şirə elə pomidor şirəsidir.
Alimlər bildirir ki, müasir insan, xüsusən şəhərdə yaşayanlar hər gün bir stəkan təzə pomidor şirəsi içməlidir.
Pomidor şirəsinin hansı xəstəliklərdə faydalı olduğunu araşdırıb.
Pomidoru sağlamlıq üçün qiymətli edən tərkibindəki likopin adlı qırmızı piqmentdir. Bu piqment çox güclü antioksidant təsir edir.
1. Xoşbəxtlik hormonunu artırır
Tomat şirəsi serotonin adlı xoşbəxtlik, yaxşı əhval hormonunun sintezini artırır. Ona görə depressiya, stress, həyəcan və gərginlikdən əziyyət çəkənlər bu şirəni mütləq içməlidir.
2. Xərçəng əleyhinə təsir edir
Pomidorda olan likopin radiasiya qalıqları, ağır metallar, toksinləri çıxarır, əsas da udulan şüanı zərərsizləşdirir ki, bunlar orqanizmdə bəd şişlər yaratmağa səbəb olacaq. Ona görə pomidor şirəsi xərçəng əleyhinə vasitələrdən biri kimi layiqli yerini tutub.
3. Bağırsaqlarda çürüməyə qarşıdır
Qəbizliyi, eləcə də bağırsaq mikroflorası pozulmuş adamlarda qida qalıqları bağırsaqda çürüyür, iylənir və zəhər yayır. Pomidor şirəsi bağırsaqları bu çürüntüdən xilas edir.
4. Tromb yaranmasına mane olur
Bütün günü oturaq işdə çalışan, qan dövranı pozulmuş şəxslər hər gün tomat şirəsi içməlidir. Pomidor venoz damarları təmizləyir, trombların yaranmasına imkan vermir.
5. Kişi cinsiyyət sistemi üçün əvəzsizdir
Şirədə olan kalsium prostat vəzini iltihabi proses və onkoloji xəstəliklərdən qoruyur. Eləcə də pomidorda olan tokoferol və retinol testosteronun hasilini artırır, kişi sonsuzluğuna qarşıdır. Müntəzəm təzə pomidor şirəsi içdikdə spermanın keyfiyyəti yüksəlir, ereksiya artır.
6. Təzyiqi normallaşdırır
Bir stəkan şirə təzyiqi salır. Amma aşağı təzyiqi olanlar çox içməsin.
7. Qanda şəkəri tənzimləyir
Tərkibində az miqdar saxaroza olduğu üçün diabet xəstələrinə məsləhətdir.
8. Güclü filtr təsiri var
Zərərli maddələrlə yüklənmiş qaraciyəri və böyrəkləri təmizləyir. Təbii ödqovucudur, həzmi və metobolizmi yaxşılaşdırır
9. Kəllə daxili təzyiqi azaldır
10. Orqanizm tərəfindən udulmuş radiasiya və şüanı çıxarır
Bu isə indiki dövrdə bütün xəstəliklərin səbəbidir.
Kimlərə olmaz:
— Kəskin qastrit, xora, mədə-bağırsaq yaraları
— Xolesistit
— Pankreatit
— Hepatit, sirroz
Mənbə: Saglamolun.Az