Ağciyərlərin dərmanı keçibuynuzu

Ağciyərlərin dərmanı keçibuynuzu

Keçibuynuzu bitkisinin ürək-damar xəstəliklərindən tutmuş həzm sisteminin fəaliyyətinə qədər bir çox faydaları var.
Onu çiy şəkildə qatıqla qarışdırıb yemək daha faydalı hesab olunur.
Keçibuynuzunun tərkibində yüksək miqdarda lif var. Kalsium, kalium, dəmir və natrium kimi minerallarla zəngin olan bu bitkidə həm də bol miqdarda lif var. Bu xüsusiyyəti sayəsində keçibuynuzunun meyvələri mədə-bağırsaq xəstələri üçün çox əhəmiyyətlidir. Qadınlar yaşlandıqca sümüklərindən kalsium maddəsinin azalması səbəbindən osteporoz xəstəliyi meydana gəlir. Kalsiumla zəngin olan keçibuynuzu bu zaman qadınlar üçün ən yaxşı dərman hesab edilər bilər. Həmçinin bu bitki uşaqların skeletlərinin düzgün inkişafında da faydalıdır.
Qanda olan xolesterol səviyyəsini normallaşdırmaq üçün 2 ay boyunca 10 qr olmaqla çiy şəkildə keçibuynuzu yemək lazımdır.
Ağciyərin dərmanı keçibuynuzu
Həmçinin onu su, süd və ya qatıqla qarışdırıb yemək də yaxşı nəticə verir.
Keçibuynuzunda olan suda həll olmayan lif bağırsaq və həzm sisteminin işini qaydaya salaraq qəbizliyin qarşını alır. Bədəndə suyun tutulmasını təmin edən bu bitki bağırsağların peristaltikasını (hərəkətini) artırır.
Bəlğəm gətirici xüsusiyyəti var. Bunun sayəsində öskürəyi kəsir. Xəstə olduğunuz vaxt südün içinə keçibuynuzu tozu qataraq içmək müsbət nəticə verəcək.
Keçibuynuzu bəhməzi siqaretin orqanizmə vurduğu zərərləri aradan qaldırır. Bunun üçün hər səhər ac qarına 1 yemək qaşığı keçibuynuzu bəhməzi içib ağciyərlərinizi təmizləyə bilərsiniz.
 
Mənbə: Milli.Az /news.milli.az
Top