Azərbaycanın baş infeksionisti Cəlal İsayev zəncəfilin koronavirusa qarşı müsbət təsirinin olması məsələsinə aydınlıq gətirib. O açıqlamasında bildirib ki, nə sarımsağın, nə soğanın, nə də zəncəfilin bu virusa qarşı müalicəvi təsiri yoxdur.
C.İsayev qeyd edib ki, adlarını sadaladığı məhsullar sadəcə insan orqanizminin immun sisteminin güclənməsinə kömək edir:
Zəncəfilin, sarımsağın, soğanın tərkibində çoxlu mikroelementlər, müxtəlif bioloji aktiv maddələr var. Bu kimi məhsulların koronavirusa qarşı təsirinin olması ancaq tədqiqat işinin nəticəsidir. Bu gün də həmin təsir barədə heç bir məlumat yoxdur.
Mütəxəssis immun sisteminin güclü olması üçün zəncəfilli çay içməyi tövsiyə edir: Mən özüm də zəncəfilli çay içirəm. Keçi buynuzunun, kəklikotunun dəmləməsi də xeyirlidir. Gün ərzində 2-3 dəfə bu dəmləmələrdən içmək məqsədəuyğundur.
Qeyd edək ki, hazırda ölkədə zəncəfilin 1 kq-nın satış qiyməti 20-50 manat civarında dəyişir. Ötən həftə ölkənin bir sıra mağazalarında 1 kq zəncəfilin satış qiyməti 9-11 manat arası dəyişirdi.
Mənbə: 1lady.az