Möcüzəvi kakao yağı haqqında yəqin ki, eşitmisiniz.Ancaq əksəriyyətimizin onun faydaları haqqında heç birimizin məlumatı yoxdur. Sizə bu yazımızda kakao yağının bilmədiyiniz faydalarını təqdim edirik.Epilyasiya etdirməzdən, yaxud ülgüclə təmizləməzdən əvvəl ayaqlarınıza kakao yağı sürtsəniz, dəriniz daha az qıcıqlanacaq. Yox, əgər kakao yağı sürtməyi unutmusunuzsa, dəriniz epilyasiya sonrası qızarıb, qıcıqlanırsa, bu halda da kakao yağı ilə həmin hissəyə masaj edə bilərsiniz.
Dərinizin rahatladığını görəcəksiniz.Kakao yağı stress azaldan təsirə malikdir və güclü antioksidantdır. Bu antioksidantlar dərinin tez yaşlanmasının qarşısını alır. Sərbəst radikallarla mübarizə apardığı üçün yaşlanma əlamətlərini azaldır və gecikdirir. Kremlərinizə bir çay qaşığı kakao yağı qata bilər, ya da sadəcə sürtə bilərsiniz.Kakao yağı nəmləndirici özəlliyi ilə yanıq, qıcıqlanma, səpki, kəsiklərə qarşı təsirlidir. Yaranın tez sağalmasını təmin edir və mütəmadi istifadə edildiyində faydasını görə bilərsiniz.
Kakao yağı yaralar sağaldığında yaşanan qaşıntının da qarşısını alır və yara bölgəsini yumşaldır
Həm də süd verərkən yara olan döşlərin uclarını da sağaldır. Kakao yağı istifadə edərək quru və korlanmış saçlarınızdan qurtula bilərsiniz. Saçlara qulluq edir. Saçlarınızı nəmləndirə və gücləndirə bilərsiniz. Saçların tez uzanmasına da yardımçı olur. Saça qulluq vasitələrinə kakao yağı da əlavə edə bilərsiniz. Külək və günəşin zərərli təsir etdiyi dodaqlarınızı kakao yağı sürtərək yaxşılaşdıra bilərsiniz. Dodaqların çatlaması, quruması və ləkələnməməsi üçün gündə bir dəfə möhtəşəm qoxuya sahib kakao yağını sürtə bilərsiniz. Dodaqlarınız gün boyunca nəmli qalacaq. Hər gecə yatmadan əvvəl dodaqlarınıza kakao yağı sürtsəniz, daha qüsursuz və dolğun dodaqlara sahib ola bilərsiniz. Qabıq tökən və tez qızaran həssas dəriniz varsa, kakao yağı istifadə edin. Çünki kakao yağı dərini nəm və yumşaq saxlayır. E vitamini sayəsində dərini qidalandırır və gərginliyini azaldır. Hamiləlik zamanı dəridə yaranan çatlar qorxulu yuxunuz olmasın. Dərinin çox dartılmasından meydana gələn bu çatlara qarşı kakao yağını müntəzəm istifadə edə bilərsiniz. Hər duşdan sonra döş, qol, omba və göbək kimi bölgələrinizə masaj edərək, kakao yağı çəksəniz, çat yaranması tamamilə aradan qalxacaq.Sağlam şəkildə bronzlaşmaq, dəniz, duz və küləyin mənfi təsirlərindən qorunmaq üçün kakao yağını günəşə çıxmadan əvvəl dərinizə sürtməlisiniz.
Mənbə: pudra.info