Miqrenlə mübarizədə müalicəvi qidalar

Miqrenlə mübarizədə müalicəvi qidalar

Əgər tez tez baş ağrılarınız varsa, bu vəziyyət miqrenə təsir edirsə bunun üçün bir çox müalicə almış ola bilərsiniz. Ancaq etməyiniz lazım ən sadə üsullardan biri yediklərinizə diqqət etməkdir. Miqrenlə mübarizə aparan 9 möcüzəvi qidanı sizə təqdim edirik.
Əncir
Əncir, iltihabı azaldan və baş ağrılarından uzaq tutmağa kömək edən potasyum tərkiblidir
Avakado
Avakoda miqrenlə mübarizədə birəbirdir. Lutein və zeaksantin kimi antioksidanlar cəhətdən zəngin olan avakado, şiddətli baş ağrılarını kəsir. Miqrenlə mübarizədə müalicəvi qidalar
Somon balığı
Tam olaraq omega 3 yağ asitləri və vitamin B2 tərkibli somon balığı, şiddətli baş ağrıları yaşayanlar üçün möcizəvi qidalar arasındadır. Eyni zamanda iltihabı azaldır və ümumi olaraq miqrenlərlə mücadələ aparmağa kömək olur.
Şirin kartof
Şirin kartoflar sadəcə ləzzəti ilə deyil, eyni zamanda miqrenlə mübarizə aparmağa da kömək edirlər. C vitamini cəhətdən olduqca zəngindir. B1 vitamini və potasyum tərkiblidir. Baş ağrılarından əziyyət çəkərkən şirin kartof yemək ağrını azaldır və sizi sakitləşdirir.
Yerkökü və xiyar
Miqrendə ən böyük amil su içilməsidir. Qarpız, yerkökü, xiyar və kərəviz kimi qidaları yemək su içməyə kömək edəcək, bu da susuzlaşdıracaq. Dehidrasiya baş ağrısının aparıcı səbəblərindən biridir. Ona görə də su balansını kontrol altında saxlayın.
Kinoa və kələm
Kinoa və kələm migrenin qarşısını almaqda kömək olur. Riboflavin, magnezium və dəmir tərkibli kinoa, miqrenləri uzaq tutur. Kələm omega 3 və lif tərkiblidir, miqrenə qarşı ən yaxşı müdafiə mexanizmasını inkişaf etdirir.
Qatıq
Aparılan təcrübələrə əsasən B vitaminin bir parçası olan riboflavin qatıqda xeyli miqdardadır və miqrenə qarşı olduqca təsirlidir. Günlük yeməyinizə qatıq əlavə edərək baş ağrılarından qurtula bilərsiniz.
Limon suyu
Yüksək miqdarda C vitamini tərkibli olan limon suyunun sağlamlığa olduca çox faydaları vardır. Bunlardan biri miqrenin qarşısını almasıdır. Nə vaxt başınız ağrayırsa limon suyunu 1 stəkan su ilə qarışdırın, 2 çay qaşığı duz əlavə edin, için.
Darçın məcunu
Darçın çubuqları alın, toz halına gətirin. Sonra üzərinə biraz su əlavə edin, qarışdırın. Miqren ağrısı yaşayarkən bu məcunu alnınıza çəkin, 25-30 dəqiqə sonra yuyun. Bu təbii ev dərmanı miqrenlə mübarizə aparır, ağrını sakitləşdirir.


Mənbə: topic.az
Top