Osteoxondrozla bağlı məsləhətlər

Osteoxondrozla bağlı məsləhətlər

İnsanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab edir, lakin vaxtında tədbir görülmədikdə cox ciddi narahatlığa səbəb olur. Ən çox da qadınlar da təsadüf olunur. Az hərəkətli insanlar da, vaxtının çoxunu kompyuter arxasında keçirənlərdə daha çox  osteoxondroz müşahidə olunmaqdadır. Ona görə birinci növbədə hərəkət önəmlidir. Ağrı onun əsas əlamətidir. Xəstəlik irəlilədikcə keyimələr  baş verir. Boyun osteoxondrozuna baş ağrıları, başgicəllənmə, sinə, boyun, qol ağrıları xasdır. Osteoxondroz ağrıları  fəqərə sütununun bu xəstəliyə düçar olmuş hissəsinə müvafiq olaraq fərqli xarakter daşıyır, məsələn: bel osteoxondrozunda beldə və ayaqlarda güclü ağrılar, keyimə və hətta aşağı ətrafların arıqlaması kimi hallar müşahidə oluna bilər. Osteoxondroz
 Mütləq şəkildə bir daha fiziki fəallığı artırmağı  vurğulayıram. Çünki fiziki fəallıq zəiflədikcə həmin toxumalarda qan dövranı zəifləyir, disklərin qidalanması azalır. Və eləcə də artıq çəkidən azad olmaq lszımdır. Çünki artıq çəki fəqərə sütununa düşən yükün artması və osteoxondrozun inkişafı amillərindəndir. Buna görə daimi olaraq sirkəli su içməyi sizə tövsiyyə edirəm. 1 litr suya 2 xörək qaşığı alma sirkəsi 1 çay qaşığı bal qarışdırılır və bu su gün ərzində içilir. Bu suyun qəbulu həm də damarların elastikləşməsi üçün faydalıdır. Çünki boyun osteoxondrozunda həm də damarlarlar sıxıldığı üçün beyin hüceyrələrinin qidalanması zəifləyir.  Daha sonra  osteoxondroz olan hissədən hər ay 4-5  ədəd hicama olunur. Hicamanı xəstəlik ağrıları tam keçənə qədər edə bilərsiniz. Hicamadan 1 həftə sonra yenə həmin nahiyəyə  8-10 ədəd zəli tətbiq etmək olar. Zəli ilə hicama müalicəsinin birlikdə tətbiqi daha effektli təsir göstərir. Hər axşam ostexondroz olan nahiyyələri ozonlaşmış qarazirə yağı ilə  5 dəq yüngül masaj etmək lazımdır.
Osteoxondroz
Bundan əlavə belə bir çay hazırlaya bilərsiniz: 300 qr ginko biloba və 300 qr bədrənc ( ballı nanə) bitkisi götürürsünüz. Və hər gün hər bitkidən 1 xr qaşığı olmaqla 3 stəkan suda dəmləyirsiniz. Bu çayı yaxşı olar ki, termosda hazırlayasınız. Hər yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan olmaqla içirsiniz. Çay qəbulundan sonra təzyiqin düşməsi halları olarsa onda hər stəkana içməzdən əvvəl 1 dolu çay qaşığı bal qarışdırıb için. Xəstəliyin kəskin dövrlərində xəstəyə yataq rejimi təyin olunmalıdır, xəstə düz və bərk yerdə uzanmalıdır. Osteoxondroza həm də mikrotravma və travmalar da səbəb olur. Xəstəlik inkişaf etdikcə onurğa sütunu yırtıqları da inkişaf edə bilər. Odur ki, ilkin əlamətlər göründükdə verdiyim məsləhətlərlə qarşısını almağa çalışın.


Mənbə: fizulihuseynov.com
Top