Turşu evdə şüşə qabda və əlverişli şəraitdə hazırlanarsa sağlamlıq üçün son dərəcə faydalıdır. Sağlam insanlarda turşunun həftənin 2 günü maksimum 1 ovuc içi qədər istifadəsi yetərlidir. Bəs, uyğun şəraitdə altında hazırlanıb yeyildikdə sağlamlığımız üçün faydaları nələrdir? Sadəcə sirkə və duz ilə hazırlanmış, tərkibində konservant olmayan turşunun 7 faydası bunlardır.
Qan şəkərini tarazlaşdırır
Turşu yemək ilə birliktə yeyildikdə tərkibindəki sirkə sayəsində insulin ifrazını tarazlaşdıraraq qan şəkərini
kontrolda saxlayır. Ancaq diabet və qan təzyiqi ilə yanaşı böyrək xəstəliyiniz varsa turşu yemək sizin üçün bir risk yarada bilər. Buna görə istehlak miqdarında nəzarət etməlisiniz.
Çəki kontroluna kömək edir.
Turşu yüksək miqdarda lif tərkibli olduğu üçün yeməklə bərabər yeyildikdə, qidaların mədədə həzm prosesi yavaşlayır daha çox tox tutur. Turşu tərkibindəki sirkə ilə orqanizmdə yağ depolanmasının qarşısını alır. Bundan başqa az kalorili və qəbizliyə qarşı təsirli olduğu üçün arıqlamaq istəyənlərə kömək edir.
Əzələ spazmalarına kömək edir
Turşunun digər faydası isə itirilmiş maye və mineralların sürətli bir şəkildə geri qaytarmasıdır. Tərkibindəki sirkə ilə əzələ ağrılarına da rahatlaşdırıcı təsir göstərir. Tibb və Elm adlı bir akademik jurnalda dərc olunan məqalədə bildirilir ki, susuz qalan kişi idmançılarda 1/3 stəkan turşu suyunun əzələ spazmalarına kömək olur.
Bağırsaqların müntəzəm işləməsi üçün vacibdir
Sadəcə sirkə və duz ilə hazırlanan, konservantlarsız turşu bağırsaqlar üçün də vacibdir. Bunun səbəbi, bağırsaq dostu bakteriya olan probiyotik tərkibli olmasıdır. Bu mikrobiotanı, başqa sözlə bağırsaq sağlamlığını qoruyur. Bağırsaq florasının sağlamlığı bağırsaq hərəkətlərinin müntəzəm olması cəhətdən son dərəcə vacibdir. Yüksək lifli tərəvəz və meyvələrdən hazırlanan turşular bu təsirlərlə nəcis həcmini artırır, metabolik tullantıların bədəndən daha asan atılmasına kömək edir, qəbizlik problemində də faydalıdır.
Xərçəngdən qoruyur
Turşuda istifadə olunan tərəvəzlərin hər biri ayrı bir antioksidanla zəngindir. Antioksidanlar sərbəst radikallarla reaksiya verir, hüceyrələrə zərər verməsinin qarşısını alır.Turşu antioksidan təsirləriylə də sərbəst radikallara qarşı mücadələ aparır, bununla da xərçəngin qarşısını alır. Sarımsaq, çuğundur və kələm turşularında flavonoidlərin antioksidan tutumu yüksəkdir. Tək bir turşu yemək əvəzinə yerinə müxtəlif turşular yemək, minerallar və antioksidantların qəbulunu təmin edir. Ancaq mədə problemi olan insanlar çox diqqətlə yeməlidirlər.
Ürək-damar xəstəliklərinə qarşı qoruyucudur
Antioksidanlar, vitaminlər və minerallar sayəsində turşu, ürək-damar xəstəliklərinə qarşı da qoruyucu təsir göstərir. Ancaq bu qorunma sağlam insanlar üçün keçərlidir. Turşu tərkibində duzun çox olması səbəbindən qan təzyiqi problemi olan insanlar turşu istifadəsindən çəkinməlidirlər. Çünki təzyiq xəstələrində qan təzyiqini artırır, bu da damarların quruluşunu pozur.
Qan şəkərini tarazlaşdırır
Turşu yemək ilə birliktə yeyildikdə tərkibindəki sirkə sayəsində insulin ifrazını tarazlaşdıraraq qan şəkərini kontrolda saxlayır. Ancaq diabet və qan təzyiqi ilə yanaşı böyrək xəstəliyiniz varsa turşu yemək sizin üçün bir risk yarada bilər. Buna görə istehlak miqdarında nəzarət etməlisiniz.
Mənbə: topic.az