Özünüzü davamlı olaraq yorğun hiss edir, başınızı qoymağa bir yer axtarırsınızsa xroniki yorğunluq sindromundan əziyyət çəkirsiniz. Qış mövsümündə bahar yorğunluğu kimi tanınan bu kefsiz haldan siz də xilas ola bilmirsinzisə, deməli, qidalanmada ciddi səhvlərə yol verirsiniz. Mütəxəssislər bu yorğunluq vəziyyətinin qeyri-kafi qidalanmadan və ya səhv tətbiq olunan pəhrizlərdən qaynaqlandığını bildirir.
Günün birinci yarısı şirniyyat məhsulları yeyir daha sonra çox tez yorulduğumuzdan şikayət edirik. Əgər gün ərzində özünüzü şux, gümrah hiss etmək istəyirsinizsə, günə yorğunluq yaradan qəhvə, şirniyyatla başlamayın.
Xroniki yorğunluğun qarşısını alan qidalar:
Bal: Uzun müddətli enerji xərcləməli lazım olan hallarda işinizə başlamazdan yarım saat əvvəl 1 xörək qaşığı bal yemək sizə enerji verəcək. Eyni zamanda beyin və bədən funksiyaları son dərəcə yaxşı işləyəcəkdir.
Yerkökü: Orqanizmin gücünü və immunitetini artırır. Gündə 3 yerkökü yeməklə uzun müddət gümrah qala, eyni zamanda formanızı qorumuş olacaqsınız.
Alma: Müdhiş enerji mənbəyidir. Alma yemək bədəni xəbərdar edir və canlandır. Hər gün mütləq alma yeməyə diqqət yetirin.
Cəfəri: Ən dəyərli qidadan biridir. Səhər yeməyində daha çox istehlak etməyə diqqət edin, bu sayədə gününüz yorğun keçməz. Günorta yeməyində salatının içində, ya da şam yeməyinin yanında bol-bol cəfəri yeyin.
Banan: Enerji anbarıdır deyə bilərik. Uşaqlarınızı məktəbə göndərərkən üstünə bir az bal tökülmüş banan yedirsəniz, günlərinin səmərəli keçməsini təmin edərsiniz. Eyni zamanda, zehni inkişafa təsir edir. Bundan başqa, lifli qida olması səbəbindən toxluq hissi də verir.
Qatıq: Xüsusilə soyuq qış günlərində gücümüzün qorunmasına yardımçı olur. Qatığın faydaları saymaqla bitmir.
Yaşıl salat: Bu qida maddəsi bədənimizi toksinlərdən təmizləməyə kömək edir. Enerji verir, yorğunluq və halsızlığı aradan qaldırır.
Sarımsaq: Bədən və zehin yorğunluğuna yaxşı təsir edir. Bundan başqa, orqanizmi yaxşılaşdırma xüsusiyyətinə malikdir. Yoluxucu xəstəliklərdə ideal qoruyucu qidadır.
Soğan: Təravətləndirici xüsusiyyəti ilə halsız olduğunuz zamanlarda bədəninizə güc verir.
Mərci: Əsl enerji qaynağıdır. Əti əvəz edən yaxşı zülal anbarı xüsusiyyəti daşıyır. Yorğunluq hissini aradan qaldırıb enerji verir.
Qaysı: Daxildən və xaricdən bədənimizə həyat verən əriyi soyuq qış günlərində quru olaraq yemək çox faydalıdır. Səhər oyananda 2 qaysı yeyib su içsəniz, bağırsaqlarınızın təmizləndiyini hiss edəcəksiniz.
Niasin, B1, B2, B6, B12, fol turşusu, C vitamini, dəmir, kalium, xrom, selen və yod kimi mineralların çatışmazlığı zamanı da yorğunluq özünü göstərir.
Balıq: Niasin və B2 vitamini, dəmir, xrom, selen və yod mineralı ilə zəngin olduğu üçün həftədə 2-3 dəfə yeyilməlidir. Bu baxımdan tuna balığı da olduqca faydalıdır.
Yağlı toxumlar: Niasin və E vitamini, dəmir və kalium mineralı ehtiva edən fındıq, yerfıstığı, badam və qoz istehlakına ciddi əhəmiyyət verilməlidir. Ancaq yüksək enerji mahiyyətlərindən dolayı miqdarına diqqət edilməlidir. Gündə bir ovuc yeyilməsi bədəni saysız-hesabsız vitamin və minerallarla təmin edir.
Yaşıl yarpaqlı tərəvəzlər: C, E və B2 vitamini, dəmir və kalium mineralı ilə zəngin olan yaşıl yarpaqlı tərəvəzlərin xüsusilə tünd rənglilərinə üstünlük verilməsi təklif edilir, Məsələn, ispanaq, roka, nanə, tərə.
Yumurta: Niasin, E və B2 vitamini ilə dəmir, xrom və yod mineral zəngin olan yumurta ana südü səviyyəsində zülal ehtiva edir və əsas zülal mənbəyi olaraq da tanınır. Tərkibindəki doymamış yağ turşuları sayəsində də çox bəsləyici qida hesab olunur.
Paxlakimilər: Niasin, B1 və B2 vitamini, dəmir və kaliumla zəngin olduğu üçün yorğunluğu tamamilə aradan qaldırır. Eyni zamanda, ehtiva etdiyi pəhriz lifi sayəsində qan şəkərini nəzarət altında saxlayaraq, bədən müqavimətinin davamlılığını təmin edir. Bu səbəblə həftədə 2-3 dəfə quru lobya, noxud, mərci, quru barbunya, quru paxla, quru çin viqnası, soya lobyası kimi paxlalılar fəsiləsindən olan qidalar istehlak edilməlidir.
Kəpəkli taxıllar: Niasin, E, B1 və B2 vitamini, kalium, xrom, yod və az da olsa, dəmir mineralı baxımından zəngin olan kəpəkli taxıl məhsullarına üstünlük vermək lazımdır. İşlənmiş taxıllardan uzaq dayanmaq yorğunluğu qarşısını almaqda böyük əhəmiyyət daşıyır.
Süd və süd məhsulları: Niasin, B2 vitamini, dəmir, kalium, xrom və yod mineralı ehtiva edən süd, qatıq və pendirin yarım yağlı və yağsız olaraq yeyilməsi bədəni daha da sağlam edir.
Əlavə qidalar: Bütün bu qida qruplarına əlavə olaraq günəbaxan, qaraciyər, yerkökü, kartof, alma, ərik, kivi, üzüm, Amerikan armudu, banan kimi meyvələr, cəfəri, kələm, kərəviz, yaşıl noxud, turp, göbələk, soğan, qırmızı çuğundur, sarımsaq kimi tərəvəzlər və yaşıl çay yorğunluğu aradan qaldıran qidalardırlar. Digər tərəfdən, alkoqol, turş içkilər, hazır qidalar, içalatlar, yağlı və şəkərli qidalar yorğunluq verir.
Yorğunluğu aradan qaldıran digər vasitələr:
- Yuxu zamanı bədən özünü yeniləyir. Beyin dincəlir. Yuxunun keyfiyyətini artırmaq üçün səssiz və qaranlıq otaqda yatmağa çalışın. Otaqda saat varsa, hətta onun səsi də yuxuda sizi yorur.
- Telefon söhbətlərindən və sosial şəbəkələrdən mümkün qədər uzaq durun. Onların beyni hədsiz dərəcədə yorduğu elmi cəhətdən təsdiqlənib. Yatmazdan əvvəl onu söndürməyi unutmayın. Telefonu da yataqdan mümkün qədər uzaq tutmağa çalışın. Çünki yataq dincəlmək və bütün problemlər azad olmaq üçün nəzərdə tutulub. Telefonu oraya daxil etmək məsləhət görülmür.
- Duş qəbul edən zaman suyu çox isti etməyin. İsti təkcə dərinin yaşlama prosesini sürətləndirmir. Həm də halsızlıq yaradır. Hamam suyunun ilıq və əhəngsiz olmasına diqqət edin.Yatmazdan əvvəl kola, qəhfə və tünd çay kimi içkilərdən uzaq olun. Yuxusuzluq yaradan bu qidalar axşam narahat yatmağa səbəb olur. Bədəndəki dəmir anbarının boşalmasına səbəb olan çay və qəhvə yerinə bitki çayları içərək halsızlıq problemini həll etmiş olarsınız.
- Yuxarıda sadalananlardan başqa otağın havası da böyük rol oynayır. Xarici tənəffüs, qan dövranı və qan orqanizmi oksigenlə təchiz edən, karbon qazını xaricə verən funksional sistemdir. Bunlardan birinin fəaliyyətinin azalması dərhal digərinin işinə təsir edir və bunun nəticəsində də onlardan birində funksional çatışmazlıq baş verir. Oksigen çatışmazlığı zamanı halsızlıq müşahidə olunur. Buna görə də otağın havasını mütəmadi olaraq dəyişmək lazımdır.
Mənbə: fins.az