Tum çırtlamaq qəribə bir asılılıq, bağlılıqdır. Əgər masada tum varsa, onu bitirmədən dayana bilmirsən. Günəbaxan tumlarına belə tələbat, orqanizmin tələbatı, insanın tum qarşısında iradəsizliyinin səbəbini alimlər bədəndə vitamin mineral çatışmazlığı ilə əlaqələndirir. Yəni əgər günlərlə tum çırtlamaq istəyirsizsə, bu tələbatı ödəyin.
Yağlı günəbaxan tumları E vitamini ilə zəngindir, bu vitamin uzun ömür, sağlamlıq, seksual aktivliyin vitaminidir. Yarım stəkan tum sutkalıq E vitamini dozasını ödəyir. Bir şərtlə ki, tumlar keyfiyyətli, çiy, həmçinin duzsuz olsun.
Hazırda marketlərdə satılan dəniz duzlu, duzlu, çox qovrulmuş, quru tumlar isə demək olar ki, faydadan çox zərər verir.
Belə ki, tumda olan duz böyrək, ürək, hormonal problemləri olan insanlarda ödem yaradır, bədəndə duzun miqdarını artırır, susuzlaşma yaradır, mineral balansını pozur, təzyiqi qaldırır, bir çox fəsadlar verə bilər. Xüsusən azyaşlı uşaqlara gündə 50-100 qr duzlu tum çırtlamaq, sutkalıq duz miqdarını dəfələrlə aşır və onların orqanizmi üçün ciddi yükdür.
Keyfiyyətli tumların faydaları:
Artıq toksin, şlakları çıxarır
Dərialtında kollagen sintezini artırır, qırışları azaldır
Onkoloji xəstəliklərin profilaktikası
Ürək damar sistemini möhkəmlədir
D vitamini ehtiyatı verir
Əhvalı yaxşılaşdırır
Beyni aktivləşdirir
Kimlərə zərərlidir:
Gecə çıtlamaq olmaz
Qaraciyər piylənməsi
Öd, öd yolları diskiniziyası
Mədə və mədəaltı vəz xəstəlikləri olanlara əks göstərişdir
Mənbə: xanim.az