Ən böyük səbəb probiotiklərin olması, onların sizin orqanizminizi gücləndirməsidir.
Alimlər əmindirlər ki, yoqurtun tərkibindəki probiotiklər immunitetinizi möhkəmləndirir, bağırsaqlarınızı profilaktika edir. Səbəbi isə aşağıda.
1.Bifidobakteriyalar
Bu bakteriyalar soyuqdəymə ilə mübarizə aparırlar. Ekspertlər əmindirlər ki, ardıcıl 8 həftə yoqurtun yeyilməsi nəticəsində soyuqdəymə simptomları azalmış olur. Bifidobakteriyalar histamin maddəsinin çoxalmasının qarşısını alır, bu da allerjik effektlərin azalmasına səbəb olur.
2. Laktobakteriyalar
Laktobakteriyalar da soyuqdəymə ilə mübarizədə kömək olurlar. Yapon alimləri ispat ediblər: laktobakteriyaların yoqurt ilə orqanizmə daxil olması nəticəsində, 31% infeksiyon xəstəliklərə tutulma riski azalır. Laktobakteriyalar yad bakteriyalar ilə mübarizə aparırlar.
3. Lactobacillus acidophilus
Qəbizlik olanlar bu bakteriyalardan “bərk yapışmalıdırlar”. Maddə bağırsaqda pH səviyyəsini aşağı salır, neyromediatorların aktivliyini artıraraq, bağırsaqları keçiləbilən edir.Yapon alimləri lactobacillus acidophilus qəbulunun 62% halda rahatlayıcı effektini sübut ediblər.
4. Şəkərə YOX
Britaniya alimləri deyirlər ki, gündəlik 1/3 stəkan yoqurt, şəkər xəstəliyinə tutulma riskini 28% azaldır. Bu vitamin, mineral və probiotik qarışımının effektidir. Qanda qlükoza səviyyəsi tarazlanır. Xüsusən yoqurtun tərkibindəki K vitamini insulin həssaslığına təsir edir. Lakin mağazada yoqurt alarkən, mütləq tərkibində şəkərin olmamasına diqqət yetirməlisiniz.
5. Mədə problemləri
Amerika alimləri hesab edirlər ki, yoqurt köpmə, diareya və bağırsaq qıcıqlanmaları ilə mübarizədə kömək edir. İddiaya görə, mütəmadi yoqurtun yeyilməsi 42% hallarda mədə problemlərini aradan qaldırmaqda müsbət təsir göstərir.
Mənbə: idol.az