Zökəmin müalicəsində əsasən damardaraldıcı burun damcıları və spreylərindən istifadə olunur.
Lakin son araşdırmalar onların çox ziyanlı olduğunu göstərir.
ABŞ alimləri sübut edir ki, damardaraldıcı burun damcıları və spreyləri insult və infarkta səbəb ola bilər. Bu xüsusilə ürək xəstəlikləri və yüksək təzyiqdən əziyyət çəkənlərə aid olsa da, sağlam insanlar üçün də bu preparatlar müəyyən təhlükə yaradır.
Belə vəziyyətdə insan damar daraldan vasitələrdən istifadə etməyə davam edir və nəticədə qüsurlu və qapalı dairə yaranır: insan damar daraldan damcılardan istifadə edir — selikli qişa qalınlaşır — burun tutulur — insan yenə damcılardan istifadə edir — selikli qişa daha da qalınlaşır və s. Vəziyyət elə həddə çata bilər ki, qalınlaşmış selikli qişa burun yollarını tam bağlayacaq. Bunun isə yeganə çıxış yolu artıq selikli qişanın cərrahi yolu ilə xaric edilməsidir.Bu səbəblərə görə bütün dünya LOR həkimlərinin assosiasiyaları zökəm və ya allergiya zamanı damar daraldan vasitələrdən istifadə etməyi qəti şəkildə tövsiyə etmir.
Bəs onda zökəmi necə müalicə edək? LOR həkimləri burun yollarını duzlu su ilə yumağı, tərkibində hormonlar (steroidlər) olan damcılardan istifadə etməyi (7 günə qədər) və tərkibində «psevdoefedrin» olan dərmanlardan birini (məs., ferveks, koldreks, teraflü) qəbul etməyi tövsiyə edir.
Diqqət! Hamiləlik zamanı damar daraldan vasitələrdən istifadə döldə hipoksiyaya (oksigen çatışmazlığı) səbəb ola bilər.
Mənbə: Milli.Az /news.milli.az