Mərci çox faydalı bitki növüdür. Mərcidən müxtəlif növ yeməklərdə istifadə olunur və çox ləzzətlidir.
Mərci insanı tox edir
Mərci də başqa dənli bitkilər kimi mədədə gec həzm olunduğuna görə, insana uzun müddət toxluq hissi verər. Ona görə də insan çox yeməkdən çəkinir.
Mərci qəbizliyi aradan qaldırır
Mərci qidalı liflərlə zəngindir. Qidalı liflər bağırsaqların normal fəaliyyəti üçün olduqca vacibdir. Əgər qəbizlikdən əziyyət çəkirsinizsə, bu dənli bitkiyə etimad edə bilərsiniz. Ancaq ifrat etmək olmaz. Çünki bu dənli bitki suda həll olmadığı üçün, həzmi çətin olar. Bağırsaqlarınızı təhrik edə bilər. Bişirməmişdən əvvəl mərcini bir neçə saat suda saxlamaq daha faydalı olar.
Mərcidə dəmir vardır
100 qr. mərcidə 3 mq dəmir vardır. Xüsusilə də qan azlığından əziyyət çəkən qadınlar üçün faydalıdır. Mərcinin tərkibində olan dəmir bitki mənşəli olduğu üçün heyvan mənşəli olan dəmirdən daha az cəzb olunar. Ona görə də dəmirin cəzb olunması üçün C vitamin qəbul edin. Onu salatlarınızda, şorbalarda, plovlarda istifadə edə bilərsiniz.
Mərci sizi xoş əhvallı edər
Mərcinin tərkibində B vitamini ailəsinin hamısı vardır. Bu vitamin sinir sistemi üçün çox vacibdir, stresi və sinir gərginliyi azaldır.
Mərci qandakı xolesterinin səviyyəsini aşağı salar
Tədqiqatların nəticəsi onu göstərir ki, mərci qanda xolesterinin səviyyəsini aşağı salır və bununla da damarlarımızı qoruyur. Mərci ürəyimizə də xidmət edir. Ürəyinizin sağlam olmasını istəyirsinizsə, mərci yeyin.
Mərci protein mənbəyidir
Mərci zülallarla zəngindir. 100 qr. mərcidə 100 qr. ətdə olan qədər protein vardır. Bir fərqlə ki, zərərli yağları bədəninizə daxil etmir. Ona görə də mərci heyvan yağlarından qaçmaq üçün ən əlverişli qida növüdür. Şam yeməyində ət yerinə mərcidən istifadə edə bilərsiniz.
Mənbə: saglamolun.az