Artıq çoxdan məlumdur ki, çuğundur şirəsi ürək-damar sisteminin normal fəaliyyətinə kömək edir.
Britaniyadan olan alimlər, bu şirənin qan təzyiqinə məhz necə təsir göstərməsini müəyyən ediblər.
Mütəxəssislər sübut ediblər ki, 1 stəkan çuğundur şirəsi, bir saat ərzində qan təzyiqini aşağı salmağa kömək edir. Bu, müəyyən təcrübədə sübut olunub.
14 könüllünün təzyiqi həkimlər tərəfindən yoxlanılıb və sonradan onlara çuğundur şirəsi içmək təklif olunub. Altı saatın hər saatında təzyiqin dəyişildiyi qeyd olunub. Beləliklə, ilk saat ərzində artıq təzyiqin göstəriciləri aşağı enməyə başlayıb və 2,5 saatdan sonra bu enmə 10 mm təşkil edib. Bu effekt 24 saat ərzində qalıb, sonrada öz səviyyəsinə qayıdıb. Buna səbəb çuğundurun tərkibində olan duzlardır.Çuğundur şirəsinin tərkibində vitaminlər, nutrienlər, nitratlar, azotlu bitləşmələr və mikroelementlər var. Çuğundurun tərkibindəkilər orqanizmdə müxtəlif monoksid azotlu birləşmələr əmələ gətirir. Bu da damarların genəlmsinə və qanın yaxşı işləməsinə səbəb olur. Universitetin alimləri davamlı olaraq çuğundur şirəsi içən adamların beynində oksigen aclığı olmadığını sübut etmişlər. Bu da onların beyinlərinin yaxşı işləməsinə və beyin hüceyrələrinin gec ölməsinə səbəb olur. Davamlı olaraq çuğundur şirəsi içmək yaşlı adamlarda kapillyarların tutulmamasına səbəb olur. Çuğundur şirəsi üstündə araşdırmalar aparan alimlər şirənin tərkibində olan nitratların beyində azot oksidinə çevrilməsini sübut etmişlər.
Mənbə: saglamolun.az