Kim haqlıdı ?

Kim haqlıdı ?

Bir qız yeni aldığı velosipediylə məktəbə gəlir və məktəbin bağçasındakı velosiped dayanacağında velosipedini saxlayır. Velosipedini yeni aldığından kilid açarı olmur. Dərslərin sonunda evə getmək üçün velosipedinin yanına gələndə yerində olmadığı görür və çox əsəbiləşir.
Ertəsi gün məktəbə gəldiyində velosipedini üzərində bir qeydlə dünən saxladığı yerdə tapır. Üzərindəki qeyddə 'Çox üzr istəyirəm, amma velosipedinə həqiqətən ehtiyacım var idi. Götürəndən iki saat sonra geri gətirdim, amma belə anladımki, sən gedəndən sonra gəlmişəm. Çox təəssüf edirəm, anlayışına görə təşəkkürlər.' Qız bu hadisə sonra birbaşa  usta yanına gedir və beş dənə kilid alaraq məktəbə qayıdır. 
Velosipedini yaxşıca kilidləyib beş fərqli açarla dərsə girir və hadisəni yoldaşlarına danışır. Dərs bitdikdən sonra beş kilid taxdığını izah etdiyi yoldaşlarıyla birlikdə velosipedini götürməyə getdiyində qarşılaşdığı mənzərədən heyrətə gəlir.
Velosipedin üzərində on dənə kilid və bir qeyd var ..
"Əgər mən təcili lazım olduğu vaxt istifadə etməyəcəyəmsə, sən heç  istifadə etmiyəcəksən...!"
Top