Bəzən bədən çəkisinin artıq olması, hərəkət azlığı, düzgün qidalanmamaq, psixoloji gərginlik, siqaret və spirtli içkilərdən istifadə, yoluxucu xəstəliklərə tutulma və s. insanın sağlamlığım təhlükə qarşısında qoyur.
Sağlamlığımızı möhkəmləndirsək və qorusaq, uzun ömür sürər və fəal həyat tərzi keçirərik. Sağlam olmaq üçün aşağıdakılara əməl etmək vacibdir:
Narkotik maddələr, spirtli içkilər və tütün məmulatlarına aludəçilik zərərli vərdişlər hesab olunur. Bu vərdişlər həm insanın orqanizminə, həm də bütövlükdə cəmiyyətə ziyan vurur.
Erkən yaşlardan bədən tərbiyəsi və idmanla məşğul olmaq, orqanizmi möhkəmləndirmək olduqca vacibdir. İdman orqanizmi xəstəliklərdən qoruyur, sağlam saxlayır. Ona görə də bacardığınız qədər daha çox hərəkət edin, asudə vaxtlarınızı hərəkətli oyunlar oynayaraq təmiz havada keçirin. Lakin idman edərkən müəyyən qaydalan da unutmaq olmaz! Mütəxəssislərin məsləhətinə görə, idmana başlamazdan ən azı yanm saat əvvəl yemək-içməyi dayandırmalı və əvvəlcə kiçik hərəkətlərlə bədənin isinmə prosesi yerinə yetirilməlidir. Əgər bunu etməsəniz, sağlamlığınızla bağlı problemlər meydana çıxa bilər.
Fiziki tərbiyə sağlam inkişafa təkan verir, dözümlülüyü tənzimləyir, insanda müsbət emosiyalar yaradır.
“'Reproduksiya” özünə bənzər orqanizmin yaradılması” deməkdir. İnsanın həyatda ən vacib vəzifəsi nəsil artırmaq, özündən sonra bəşəriyyətə yeni varlıq bəxş etməkdir. Lakin bunun üçün o, fiziki və mənəvi cəhətdən sağlam olmalı, əlverişli yaşayış şəraiti ilə təmin olunmalıdır. Reproduktiv sağlamlığın təməli hələ uşaq yaşlarında qoyulur. Onu bütün həyat boyu qoruyub saxlamaq lazımdır.
Günəş vannası — orqanizmi möhkəmləndirmək üçün əlverişli vasitələrdən biri hesab edilir.
Havalar istilənən kimi, yəqin ki, dənizə getmək və günəş vannası qəbul etmək fikrinə düşürsünüz. Həkimlər günəş vannasından müəyyən saatlarda və düzgün qaydada istifadə olunmasını əvəzedilməz müalicə növü hesab edirlər. Günəş şüası altında orqanizmdə D vitamini sintezi artır ki, bu da sizin sümükləriniz üçün olduqca əhəmiyyətlidir. Lakin günəş vannasından ifrat dərəcədə istifadə olunmamalıdır. Səhər evdən çıxıb axşama qədər dəniz kənarında, gün altında qalmaq müxtəlif xəstəliklərə, günəş yanıqlarına gətirib çıxarır. Günəş vannası qəbul etməzdən qabaq qoruyucu günəş kremindən istifadə etməli, çox ağır qida qəbul olunmamalı, çoxlu maye içilməlidir. Günəş vannası qəbulu orqanizmin daha çox maye itirməsinə səbəb olduğundan bədənin su itkisi dərhal bərpa olunmalıdır. Tərləmə ilə itirilən su bərpa olunmazsa, yorğunluq və baş ağrısı ilə nəticələnə bilər.
Təmiz hava — sağlamlığı təmin edən ən vacib şərtlərdən biridir. Havada olan oksigen qazı orqanizm üçün əvəzolunmazdır. Təəssüf ki, şəhərlərdə hava zəhərli qazlarla çirklənir. Bu isə insan orqanizmi üçün təhlükə yaradır. Orqanizm çirkli hava ilə nəfəs aldıqda zəifləyir və xəstəliklərlə mübarizə aparmaq qabiliyyətini itirir.
Su — sağlamlıqdır. Həyat ilk dəfə suda əmələ gəlib. Bədənimizin 70-80%-ni də su təşkil edir. Biz qidalarımızı su ilə qəbul edirik. Lazımsız maddələr orqanizmdən su ilə çıxır. Su təmizlik mənbəyidir. Su vasitəsilə orqanizm möhkəmlənir.
Çimmək, üzmək, duş qəbul etmək, yaş dəsmalla bədəni silmək orqanizmi möhkəmləndirir.
Sağlamlığın vacib şərtlərindən biri də orqanizmi yoluxucu xəstəliklərdən qorumaqdır. Xəstəliklərin qarşısını almaq üçün peyvəndlərin çox böyük əhəmiyyəti vardır. Vaxtında edilən peyvəndlər bir çox yoluxucu xəstəliklərin qarşısını alır.
Peyvəndlərimizi vaxtında vurduraq.
Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova
Mənbə: Həyat Bilgisi 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Həyat Bilgisi fənni üzrə Dərslik