İnsan yaşa dolduqca onun orqanizmində zədələnmiş hüceyrərin sayı artır.
Cavan orqanizm belə hüceyrələrdən daha tez azad olur, yaşlaşdıqca isə bu funksiya zəifləyir və zədələnmiş hüceyrələr artımağa başlayır.
Zədələnmiş hüceyrələr orqanizmdə iltihabın səviyyəsini qaldırır, toxumaların vəziyyətini pisləşdirir, onkoloji xəstəliklərin riskini artırır.
Xuramın tərkibində olan fizetin maddəsi orqanizmdə
zədələnmiş hüceyrələrin sayını azaldır ki, bu da sağlamlığına müsbət təsir edir, orqanizmi cavan saxlayır, ömrü uzadır. Bunu ABŞ-da siçanlar üzərində aparılmış araşdırmalar təsdiq edib.
Mayo Klinikası və Minessota Universiteti alimlərinin birgə araşdırmasının nəticələri EurekAlert! portalında dərc olunub.
Fizetin həmçinin insanın beyinin fəaliyyətini çox yaxşı təsir edir, beyinin qocalmasının qarşısını alır.
Xurmadan əlavə flavonol fizetin xiyar, çiyələk, alma, üzüm, soğan, kivi və şaftalıda var.
Mənbə: dadli.az