İnsanlar birinci növbədə düzgün qidalanmalıdırlar, çünki düzgün qidalandıqda nə bitkisəl, nə də dərman preparatlarıyla müalicəyə ehtiyac qalmaz. Elə məcunlar vardır ki, onları gündəlik qida rasionumuza əlavə etsək faydasını görərik. Məsələn, hər hansı yağlı, qlütenli xəmir məmulatlarındansa, şirniyyata olan aludəçiliyimizi və ya tələbatımızı badamlı, polenli bal qarışımı ilə ödəmiş olarıq. Badam uşaqların sümük — əzələ, yəni dayaq hərəkət sisteminin inkişafı üçün lazımlı qidadır. Görməni itiləşdirir, beynin fəaliyyətini artırır. Badam omeqa 3 qaynağıdır.
Badam yaşlılar üçün də çox faydalı nemətdir.
Tərkibindəki kalsium sümük əriməsinin, maqnezium isə baş ağrısı, yuxusuzluq, yorğunluq, baş gicəllənməsinin qarşısını alır.
Badamdakı yağlar xolestrolu azaldır, immuniteti gücləndirir. Böyümə, inkişaf, həmçinin hamiləlik vaxtı lazım olan vitaminlərlə zəngin olan badam, dad və iybilmə qabiliyyətini artırır.
Məcuna əlavə olunan polen, yəni çiçək tozu da vitamin və mikroelementlərlə olduqca zəngin vasitədir. Vitamin B1, B2, B3, B5, B6, C, A, E vitaminləri qaynağıdır. Hamilələrin istifadə edə biləcəyi məhsuldur.
Bal isə çox gözəl daşıyıcıdır. Bala qarışdırılan məhsulların tərkibi onun köməyi ilə bağırsaqlardan daha tez qana sorulur. Bal özü zəif allergik təsirli olsa da, mən bu xəstələri elə balla müalicə edirəm. Həmin insanı çox az miqdarda bal verməklə onun qəbuluna alışdırıram. Çox az miqdarda balı qəbul edərək, normal həddə qədər çatdırıram.Həm bal, həm çiçək tozcuqları, həm də badam orqanizmdə immun sistemini bərpa etməklə yanaşı amin turşu istehsalını artırır. Badam əzilir, badam yağında qarışdırılır, çiçək tozu v ə bal əlavə olunur. Siz hər gün bu qarışımdan hər yeməkdən öncə1 çay qaşığı qəbul etməklə faydasını görəcəksiniz.