D vitamini orqanizmdə bir çox proseslərə təsir etdiyindən onun çatışmazlığı müxtəlif pozulmların inkişafına yol açır.
1.D vitamininin defisiti hipertoniyanın inkişafı riskini artırır.
2.Astma xəstəliyi də orqanizmdə D vitamininin çatışmazlığı ilə əlaqələndirilir.
3.D vitamini orqanizm tərəfindən fosfor və kalsiumun mənimsənilməsini təmin edir. Bu səbəbdən orqanizmdə D vitamini azdırsa bu dişlər, oynaq və sümüklərin sağlamlığına mənfi təsir edir.
4.Araşdırmalar göstərib ki, D vitamini hüceyrələri mutasiyalardan qoruyur, xərçəngin riskini azaldır.
Xərçəng xəstəliklərindən əziyyət çəkənlərdə D vitamininin yüksək səviyyədə olması xərçəngininkişafını ləngidir. Bu xüsusilə düz bağırsaq və süd vəzi xərçənginə aiddir.ğ
5.D vitamini immun sisteminin normal işləməsi üçün çox vacibdir. D vitamininin defisiti zamanı immunitet zəifləyir və insan daha tez-tez soyuqdəymə və qripp xəstəliklərinə tutulur.
6.D vitamini orqanizmdə piylərin yığılmasına mane olur. Bu səbəbdən D vitamini orqanizmdə azdırsa piylənmənin riski də artır.
7.Güclü iltihab əleyhinə təsirə malik olan D vitamini revmatoid və psoriatrik artritin riskini azaldır. Araşdırmalar göstərib ki, revmatitdən əziyyət çəkənlərin 50%-ndə D vitamini defesi mövcuddur.
8.D vitamini şəkərli diabetin inkişafı riskini artırır.
9.D vitamininin çatışmazlığı nevroloji xəstəliklərin riskini də artırır. Sübut olunub ki, D vitamininin defisiti depressiya və Alsheymer xəstəliyinin ehtimalını artırır, yaddaş pozulmalarına səbəb olur.
D vitamini qanda təyin olunur, bunun üçün xüsusi analiz aparılır.
Mənbə:saglamolun.az