Cəfəri suyunun faydaları

Cəfəri suyunun faydaları

Cəfəri suyundan nizamlı istifadə bədəndəki yağları əridərək, arıqlamağa kömək edir. Yaşlanmanı gecikdirər və daha parlaq və gənc görünüşlü bir dəri üçün də şərait yaradar.
Cəfəri suyunun ən önəmli faydası qaraciyərə olan bəhrəsidir. Bu sayədə qaraciyərdə piylənmənin qarşısı alına bilər. Dəmir çatışmazlığı problemi olanlar üçün çox faydalıdır. Qrip və soyuqdəyməyə yaxşı təsir göstərir.
1. ArıqladırCəfəri suyu orqanizmdən ödəmi atır, güclü sidikqovucudur. 10 gün mütəmadi olaraq cəfəri suyu içmək arıqlamağa kömək edir. 1 dəstə cəfərini qaynadıb süzərək əldə edilən su ilıqlanandan sonra içərisinə 1 çay qaşığı limon şirəsi və bir çay qaşığı bal əlavə edib səhərlər ac qarnına içmək lazımdır.
2. Saçları uzadırcəfəri suyuCəfəri suyu saçların sürətlə uzanmasını təmin edir. Həmçinin, saçların tökülməyinin qarşısını alır. Yarım dəstə cəfərini yarım litr suda bir burum qaynadıb süzün. Su soyuduqdan sonra içərisinə 1 stəkan üzüm sirkəsi əlavə edib qarışdırın. Bu qarışığı saçın diblərinə çəkin. 1-2 dəqiqə masaj edin. Gecə ərzində saçda qalsın, səhər oyananda saçınızı durulayın. Bu proseduranı 10 gün təkrarlayın.
 3. Sızanaqları yox edir
Cəfəri suyu bakteriyaları məhv edir. Bu xüsusiyyəti sayəsində üz dərisindəki sızanaqların azalmasına kömək olur. Bunun üçün gündə iki dəfə üzünüzü cəfəri suyu ilə silməyiniz kifayətdir.
4. Böyrək daşlarını tökür
10 gün mütəmadi olaraq cəfəri suyu içərək böyrəyi daşlardan təmizləmək olar. Yarım dəstə cəfərini yarım litr suda bir burum qaynadıb süzün. Əldə etdiyiniz suyun soyumağını gözləyin. Daha sonra içərisinə 1 çay qaşığı limon şirəsi əlavə edib səhərlər acqarına için.
5. Qaraciyəri təmizləyir
Hər gün cəfəri yeyən və ya cəfəri suyu içən insanların qaraciyəri daha sağlam olur. Cəfərinin tərkibindəki maddələr qaraciyəri toksinlərdən təmizləyərək, onun işini asanlaşdırır.
Cəfəri suyu hazırlamaq üçün yarım dəstə cəfərini saplağı ilə birlikdə seçin və yuyun. Saralmamış olmasına diqqət edin rəngi yerində olmalıdır. Ucları qəhvəyiləşmiş isə, saplarını kəsin. 2 stəkan suyun içində yavaş temperaturda 2-3 dəqiqə qaynadıb 10 dəqiqə dəmləyin. İsti və ya ilıq olaraq istehlak edə bilərsiniz
Gündə bir stəkan istehlak edilməlidir. Amma 15 gündən çox limonlu cəfəri suyu istehlak edilməməsi çox əhəmiyyətlidir. Yoxsa cəfəri suyu faydaları yerinə zərər verər. 15 günə qədər istifadə edildikdən sonra 10 gün ara verilməlidir, sonra yenə davam edilməlidir.
 Mənbə: metbuat.az
Top