Boyun, bel və oynaq ağrıları üçün reseptlər

Boyun, bel və oynaq ağrıları üçün reseptlər

Oynaq ağrıları üçün bir neçə reseptlərimiz olsa da bu reseptlər də çox praktik və özünü doğrultmuş reseptlərdir.
1. Ud hindi tozu – 50 qram
Rafinə edilməmiş zeytun yağı – 250 qramBunları bir-birinə qarışdırıb, ağzını kip bağlayıb, sobanın (otopleniyanın) üstündə 1 həftə saxlayıb süzmədən istifadə edə bilərsiniz. boyun bel ağrısıBu yağla ağrıyan oynaqları, boyunu və beli gündə 2 dəfə yüngül masaj edib, üstünə streç klyonka örtüb 2-3 saatdan sonra klyonkanı açıb götürün, açdıqdan sonra həmin nahiyyədə yağın sovrulduğunu görəcəksiniz. Oynaqları yumşaltmaq, elastiləşdirmək, ağrıları götürmək üçün əla bir vasitədir.
2. Spirt – 250 qram
Yod – 30 qram
Sarımsaq – 2 baş
Sarımsağı soyub, ət maşınından keçirib, hamısını bir-birinə qarışdırıb, ağzını kip bağlayıb, 15 gün qaranlıq yerə qoyub gündə bir dəfə qarıışdırın. 15 gündən sonra isə istifadə edə bilərsiniz. Məhluldan gündə 1-2 dəfə azca ələ töküb, ağrıyan oynaqlara sürtüb yüngül masaj edin. Çox güclü bir ağrıkəsici xüsusiyyəti vardır.

Müəllif: Fizuli Hüseynov
Top