Bu qarışım ürəyində problem olanlar üçündür

Bu qarışım ürəyində problem olanlar üçündür

Ürək problemləri çox ola bilər, amma aşağıda saydığım əlamətlər varsa, onda bu qarışımdan istifadə edə bilərsiniz. Bu qarışım əla bir qandurulducudur, damar mənfəzini genişləndirir, çünki damarların daxilindəki artıq yağ kürəciklərini təmizləyir, qan dövranını bərpa edir, təzyiqi salır. Əgər uzun müddət yol gedə bilmirsinizsə, ürək nahiyyəsində və ya sol qola vuran ağrılar varsa, yüksək təzyiqiniz varsa, ürəkdöyünmələr varsa, yüksək xolesterindən əziyyət çəkirsinizsə, ürək damarlarında tromb varsa (90 faizə qədər), köpdən əziyyət çəkirsinizsə, onda bu qarışımdan hazırlayıb istifadə edə bilərsiniz. sarımsaq+limon+zencəfil
Lazım olanlar:
  • Yerli limon – 3 kq
  • Yerli sarımsaq – 1 kq
  • Təzə Zəncəfil – 1 kq
Deməli əvvəlcə sarımsaq soyulur, sonra zəncəfil soyulur, limon isə yarsı  qabıqlı-qabıqlı, yarısı soyulmuş  hamısı birlikdə ət maşınından keçrilir, sonra yaxşı-yaxşı bir-birinə qarışdırılır və soyuducuya qoyulur (buzxanaya olmaz). 15 gün gözlənilir, amma gündə 2 dəfə qarışdırılmaq şərtilə 15 gündən sonra 2-3 qat tənzifdən sıxılaraq süzülür. Suyu gündə 3 dəfə yeməkdən əvvəl 1-2 xörək qaşığı 1 stəkan suya qarışdırılaraq içilir. Bu qarışım həm də çox güclü bir antioksidant mənbəyidir, insana yeni bir əhval-ruhiyyə gətirir, zəngin vitamin əsasındə C vitamini mənbəyidir. Bu qarışımdan mədəsində və bağısaqlarında səpgi, yara olanlar istifadə etməməlidirlər. Aşağı təzyiqdə istifadəsi məsləhət deyil, əgər istifadə etmək istəsəniz bal qarışdırıb istifadə edə bilərsiniz, ürək döyüntüsü az olanlar (bradikardiya) bu qarışımın hər bir stəkanına 1 çay qaşığı bal qarışdırıb istifadə edə bilərlər. Qarışım bədəni qələviləşdirmək üçün əla bir vasitədir. Xatırladım ki, bu qarışım beyin qan dövranı pozulmasında və miqrendə də faydalıdır.
Bir dəfə bir xəstəm  bu qarışımı hazırlayıb içdiyini dedi, sonda bu içki mənə elə bir sürpriz etdi ki, mənim həyatım dəyişdi. Söylədiyinə görə 10 ildən çox ağız yaralarından əziyyət çəkirmiş nə yediyim yemək. nə də içdiyim sudan ləzzət alırdım, bu qarışımı içəndən sonra yaralar tamamilə keçib.

Müəllif: Fizuli Hüseynov
Top