Sağlam yuxu üçün 7 qayda

Sağlam yuxu üçün 7 qayda

1. Yatağı ancaq yuxuya getmək üçün istifadə edin. Bu nə deməkdir?
Yataqda yemək yeməyin, televizora baxmayın, yatarkən telefonla oynamayın.Yatağı yalnız yuxu ilə əlaqələndirin. Özünüzü bu vərdişə alışdırın ki, yatmamışdan əvvəl yatağı hazırlayarkən beyniniz yuxu rejimini işə salsın.

2. Hər zaman yatmazdən əvvəl otağı havalandırın. Başınıza qədər yorğana bürünmə vərdişindən qurtulun. Təbii materiallardan hazırlanmış yataq dəsti seçin və təmizliyinə riayət edin (xüsusilə yastıqlar üçün). Rahatlıq, təmizlik və təmiz hava sağlam və yaxşı yuxu üçün 3 əsas şərtdir.

3. Yatmazdan əvvəl yemək yeməyin, çox maye içməyin. Yanınıza limonlu su qoyun ki, susasanız onu içəsiniz.

4. Ən yaxşısı gecə yarısına qədər yuxuya gedin. Yuxu üçün ən ideal saat saat 22.00-dır. Yatmadan bir saat əvvəl telefonunuzu səssiz rejimə qoyun ki, heç bir şey sizi narahat etməsin.

5. Evlisinizsə, mütləq həyat yoldaşınız ilə bir yerdə yuxuya getməyə çalışın. Bu sizə həm əlavə səs-küydən qoruyacaq, həm də daha yaxşı münasibətlər qurmağa kömək edəcək. Elm adamları eyni yuxu rejimində olan cütlüklərin bir-biri ilə daha asan yola getdiyini iddia edirlər.

6. Yatmamışdan öncə rahatlayıcı vanna qəbul etmək, sizə daha rahat yuxuya gedməyinizə kömək edəcək. Vannaya ətirli yağlar əlavə edin, üzünüzü masaj edin. 15-20 dəqiqə sevdiyiniz musiqiləri dinləyin. Sonra yumşaq bir gecə köynəyi və corab geyin (hətta yayda!). Bu zaman vücudunuz rahatlanacaq. Corab isə qan dövranını yaxşı dövr etməsinə yardımçı olacaq, bu da tez yuxuya gedməyinizə kömək edəcək.

7. Əgər yuxuya gedə bilmirsinizsə (düşüncələr, narahatlıq və ya başqa bir şey sizi narahat edirsə), nəfəs məşqləri edin. Biz yuxuda olarkən dərindən və rahat nəfəs alırıq. Ona görə, nəfəsinizi tənzimləməyə çalışın. Bu zaman beyniniz rahatlaşmaq üçün bütün bədənə siqnal verəcək və siz tez bir zamanda yuxuya gedəcəksiniz.
Top