Haqqın yolu- İSLAM

Haqqın yolu- İSLAM

22 il məşhur bir keşiş olaraq yaşayıb, Müsəlmanlar haqqında medianın əks etdirdiyinin tərsinə həqiqətləri öyrənib, müsəlman olan Braziliyalı Hacı İsmayılın dilindən, ailəsindən gördüyü reaksiyaları və səbrinin nəticəsini oxuyaq.

-''Müsəlman olan bir çox problemlə qarşılaşdım. İlk imtahanım həyat yoldaşım idi. Həyat yoldaşım mənə 'sən həqiqətən müsəlmanmı oldun?' deyə soruşdu. Bəli dəyincə, 'o zaman mən artıq sənin arvadın deyiləm. Mən bir terroristin arvadı olmaram dedi və atasının evinə getdi. Ayrıca uşaqlarım da Müsəlman olduğum üçün məni evdən atdılar. Bunun üzərinə anamın evinə getdim. Anam müsəlman olduğumu öyrənincə məni övladlıqdan rədd etdi və məni evindən qovdu. Çox sevdiyim bir bacım vardı. Son olaraq onun evinə getməyə qərar verdim. Bacım, 'Sən müsəlman olmusan, artıq sənin adını belə eşitmək istəmirəm və səni evə girməyinə icazə verə bilmərəm dedi. Müsəlman olduqdan sonra bir başıma qalmışdım. Mən də Latın Amerika İslam Mərkəzinə getdim və 8 ay boyunca mərkəzin içindəki məsciddə yatdım. Bunların hamısı bir imtahan idi. Səbr etdim və Müsəlman olduqdan 8 ay sonra hər şey düzəlməyə başladı. Əvvəl Latın Amerika İslam Mərkəzinə gələn Müsəlmanlar yaşamagım üçün mənə kiçik bir ev kirayəyə götürdü. Həyat yoldaşımın atası həyat yoldaşıma ' Sən ərini dini inancında sərbəst burax lakin xristian olaraq qal və ərinlə barış dedi. Bundan sonra yoldaşım mənə döndü. Həyat yoldaşım və uşaqlarımla aylar sonra bir araya gəldik və təkrar birlikdə yaşamağa başladıq. Daha sonra onlara İslamı izah etdim və ailəmin bütün fərdləri zamanla Müsəlman oldular''

Top