Alıb yediyimiz popkorn tərkibindəki yağa görə olduqca kalorilidir. Bundan əlavə, onun tərkibində qoxu gücləndirən maddələr də var, ancaq bütün bu zərərli qatqılar olmasa, popkorn dənəcikləri əslində heç də zərərli deyil, bunun tam əksinə olduqca faydalıdır.
Popkorndan zövq alarkən, həm də faydalanmaq istəyirsinizsə, onu ev şəraitində hazırlamaq lazımdır. Həm də bunu mikrodalğalı sobada deyil, qaz plitəsində etmək daha yaxşıdır.
Popkornun faydası haqqında
Popkorn dənəciklərinin tərkibi polifenol adlı antioksidanlar ilə zəngindir. Bu antioksidan çayın, zeytun yağının, qırmızı şərabın və şokoladın da tərkibində mövcuddur. Dənəciklərin tərkibində liflər var. Onlar isə həzmi yaxşılaşdırır və çəkini atmağa kömək edir.
Popkorn dənəcikləri taxıl məhsulu olduğu üçün vitamin və minerallarla zəngindir. Yuxarıda saydığımız bütün faydalı maddələr birləşdikdə, şəkərli diabet xəstəliyinin, ürək-damar xəstəliklərinin və şişlərin qarşısı alınır. Və son olaraq, popkorn dadlıdır. Dadlı qidalar isə insan ovqatına müsbət təsir göstərir.
azertac.az