Kisə

Kisə

Uzaq dağ kəndlərinin birində çox kasıb bir ailə varmış. Baba, ata, ana və uşaqdan ibarət olan bu ailə olduqca çətinlik çəkirdi.

Bir gün ata, illərin verdiyi yorğunluqla bir küncdə oturmaqdan başqa işə yaramayan babanı, bazar kisəsinə qoyaraq çaya doğru yola çıxır.Çayın kənarında yoldaşlarıyla oynayan uşaq, atasından nə etdiyi soruşur. Ata:

-Baban bizə yük olmaqdan başqa heç bir şey etmir. Ona görə onu bu kisə ilə birgə çaya atmağı qərara aldım deyir.

Uşaq həyəcanlanaraq atıldı: 
-Amandır ata, kisəni atma. Çünki bir gün gələcək sən də qocalacaqsan, bax onda o kisə mənə də lazım olacaq.

 

 




Top