Sərin otaqda yatmağın 5 faydası

Sərin otaqda yatmağın 5 faydası

Axşam insanın yatdığı otağın temperaturu onun orqanizminə təsir edir. Çox insan elə düşünür ki, yatanda nə qədər isti olsa, bir o qədər yaxşıdır. Mənə soyuq olar, xəstələnərəm düşünənlərə bəd xəbər var: isti yataq otağında yatan insanlar daha tez qocalır.

1. Diabet olma riskin azalır
Əgər normal otaq hərarətini yataq otağında 2-3 dərəcə aşağı etsən, bədənin və ruhun sənə təşəkkür edəcək. Maddələr mübadiləsi ilə bağlı ən kəskin xəstəlik olan diabet də səndən yan qaçacaq.

Etibarlı elmi tədqiqatlar sübut edib ki, soyuq otaqda yatan insanlarda piy və kalori əriməsi daha yaxşı gedir, maddələr mübadiləsi daha yaxşı işləyirdi.

2. Yaşından gənc görünəcəksən
İsti hərarət orqanizmdə melatonin və boyartma hormonunun hasilatını blok edir. İsti otaqda yatmaq dərinin daha çox quruması, qırışmasına səbəb olur. Ona görə sərin otaqda yatmaq cavan qalmağa səbəb olur. Çünki yuxuda lazım olan hormonlar qaydasında sintez olunur.

3. Daha tez və dərin yuxuya gedəcəksən
İsti otaq, xüsusən radiator və kondiosinerlə isidilmiş boğanaq havalı yataq otağında yuxuya getmək zülümdür. İnsan o tərəf-bu tərəfə dönür, rahatlıq tapmır.

4. Əgər istisidirsə, soyunub yat
Yuxuda bədəni sərin saxlamaq üçün soyunub yatsan, bədən daha az kortizol hasil edəcək. Kortizol isə artıq çəki və stress hormonudur. Ona görə sərin otaqda və lüt yatan insanlarda stresə davamlılıq da yüksək olur, onlar gün ərzində özlərini daha xoşbəxt hiss edirlər.

5. Sərin otaq psixi sağlamlıqdır
İsti, quru havalı otaq beyin üçün stresdir. Sərin otaqda beyin oksitosin adlı hormon ifraz edir. Bu hormon fiziki və psixi sağlamlıq üçün çox vacibdir. Sərin yerdə yatmaq depressiyanı aparır.
Top