Ağızı bitki yağı ilə təmizləməyin faydaları

Ağızı bitki yağı ilə təmizləməyin faydaları

Yağ lipidləri müdafiə baryeri rolu oynayaraq, ağız boşluğundan zərərli bakteriyaların damaq və limfalara, ordan da qanla digər orqanlara yayılmasının qarşısını alır.

Bitki yağı təbii emulqatordur, o ağız boşluğunda sanki sabun kimi işləyir. Belə mühitdə göbələk infeksiyaları sıfıra enir, limfa sistemi yaxşı çalışır. 

Bu məqsədlə təmiz zeytun və ya küncüt yağı istifadə edə bilərsiz. Yağ orijinal, soyuq sıxılma metodu ilə alınmalıdır.

Bir xörək qaşığı yağı səhər tezdən acqarına və axşam yatmazdan öncə ağzınıza qoyub, 10 dəqiqə ağızda saxlayıb, ağız boşluğunda, dilin üzərində gəzdirin. Sanki masaj edirsiz. Udmayın. 10 dəqiqə sonra həmin yağı tüpürün. Yağdan təbii ki, bir qədər hissə dilə, damağa yapışacaq.

Bu metod sizə nə verəcək?
— Damaq qanamaları olmayacaq;
— Ağızdan pis qoxu gəlməyəcək;
— Dilin üzəri təmizlənəcək;
— Ağız boşluğunun selikli qişası sağlam olacaq;
— Baş ağrısı gedəcək;
— Hormonal balans qaydaya düşəcək; 
— İltihabi proseslər azalacaq;
— Mədə-bağırsaq sistemi yaxşı çalışacaq; 
— Öskürək azalacaq; 
— Böyrəklər təmizlənəcək;
— Yuxusuzluq aradan qalxacaq;
— Bədən təmizlənəcək;
— Qaraciyər təmizlənir;
— Limfa sistemi göbələk və bakteriyaları yaxşı zərərsizləşdirir.

Bu metoda elə sabahdan başlasanız, orqanizminizə xeyli kömək etmiş olarsız. 

medicina.az 
Top