Soyuq fəsillərdə ən faydalı içki

Soyuq fəsillərdə ən faydalı içki

Mütəxəssislərin fikrinə görə, soyuq fəsillərdə kakaonun istehlakı orqanizm üçün çox faydalıdır.
Redinq Universiteti (İngiltərə) alimləri aşkar ediblər ki, kakao bağırsaqlarda faydalı bakteriyaların çoxalmasını stimullaşdırır və həmçinin iltihabı azaldır. Nəticədə immun sistemi möhkəmlənir. 

Lakin mütəxəssislərin fikrinə görə, bununla kakaonun orqanizmə olan faydası bitmir. Kakaonun daha vacib faydası onun sinir sisteminə olan müsbət təsiridir. Kakaonun tərkibində olan maddələr neyronların (sinir hüceyrələri) bərpasını stimullaşdırır, onların arasında olan əlaqələri bərpa edir. 

Soyuq fəsillərdə günün qısalması və soyuq hava orqanizm üçün güclü stress faktordur. Kakao isə əhvalı yaxşılaşdırır və depressiyanın qarşısını alır, əzələlərin spazmını azaldır, yuxunu yaxşılaşdırır. 

Mütəxəssislərin fikrinə kakaonu müntəzəm istehlak edən insanlarda şəkərli diabet və ürək xəstəliklərinin riski 2 dəfə azalır. Kakaonun tərkibində olan flavonoidlər ürək hüceyrələrini bərpa edir, damarları daha elastik edir, qan dövranını yaxşılaşdırır.

Kakaonun tərkibində olan «epikatexin» maddəsi beyinin qan dövranının və yaddaşı yaxşılaşdırır, insultin riskini azaldır, arterial təzyiqi salır.

Kakaonun istehlakı həmçinin qanda xolesterinin və şəkərin səviyyəsini tənzimləyir.

saglamolun.az
Top